Icma.az
close
up
RU
Milli dövlətçilik təfəkkürü ŞƏRH

Milli dövlətçilik təfəkkürü ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Ötən dövrə baxan zaman görürük ki, müstəqillik və dövlətçiliyimizi qoruya bildik, dayanıqlı inkişafa və siyasi sabitliyə nail olduq, cəmiyyətin ideoloji parçalanmasının qarşısını aldıq, beynəlxalq tərəfdaşlarımızın sayını artırdıq, daha təkmil idarəçiliyə nail olmaq üçün durmadan davamlı islahatlar apardıq, Ordumuzu müstəqilliyimizin qarantı olmaq səviyyəsinə qədər inkişaf etdirdik, tarixi Qələbəni qazandıq, suverenliyimizi bərpa etdik, regionda formalaşmış “Yeni reallığın” müəllifi olduq, düşmənlərimizi dosta çevirə bildik, beynəlxalq nüfuzumuzu artırdıq, dünyanın ən qüdrətli ölkəsi olan ABŞ ilə strateji tərəfdaş olduq və bu əlaqələri müqavilə ilə rəsmiləşdirdik, nəhayət sülhə nail olduq – zamanında əlçatmaz xəyal kimi görünən bütün bu nailiyyətlər gözümüzün qarşısında baş verdi. Gələcək nəsillərin daim yada salacağı bir dövrdə yaşayırıq.Bəli, qeyd edilənlərə çatmaq üçün dövlət və xalq olaraq çox çalışdıq, çox güc sərf etdik, qurbanlar verdik, ancaq səbirli olduq, habelə dost və düşmənlərimizi yaxşı tanıdıq, həmçinin ağır sınaqlardan uğurla keçməyə müvəffəq olduq. Ancaq bütün təzyiq və təxribatlara rəğmən mübarizəmizi dayandırmadıq, inandıq və birliyimizi qoruduq. Prezident İlham Əliyevin növbəti sözləri deyilənlərin təsbitidir: “Mən buna inanırdım, onlar da inanırdılar, bütün xalqımız buna inanırdı, bu fikirlə yaşayırdı” (20 sentyabr 2024-cü il, Xankəndi şəhəri, Qarabağ Universiteti). Tərəddüd etmədən deyə bilərik ki, dövlət və xalq olaraq indi artıq əldə olunmuş uğurların qorunması və quruculuq dövrünü yaşayırıq. Əlbəttə ki, hər bir inkişaf mərhələsinin öz xüsusiyyət və prioritetləri olduğu kimi, yaşadığımız dövrün də özünəməxsus siyasi və ideoloji prioritetləri olmalıdır. Odur ki, “torpaqları işğal olmuş və bir milyona yaxın qaçqını olan səsi eşidilməyən və incidilmiş xalq” adlı psixoloji sindromdan xilas olmuş Qalib Azərbaycan xalqının milli dövlətçilik təfəkküründə yeni ideoloji vurğularının yaranması artıq qaçılmaz və hətta zəruridir. Dövlət, dövlətçilik ənənələri və tarixi qoruyan milli ideologiya poladdan hazırlanmış qalxan kimi cəmiyyəti müxtəlif təxribatlardan qoruyur, habelə onun inkişafı naminə mövcud bütün potensialların səfərbər olunmasına xidmət edir. Bu mənada ideoloji amil yuxarıda sadaladığımız nailiyyətlər qədər dövlətin inkişafı kontekstində strateji əhəmiyyətə malikdir.Ancaq bəzi proseslərin gedişatına diqqət yetirən zaman görünən mənzərə odur ki, digər sahələrdə olduğu kimi Qalib xalqın yeni ideoloji vurğularının müəyyən olunması məsələsi ilə də Prezident İlham Əliyev şəxsən özü məşğul olur. Dövlət başçısı fərqli platformalarda çıxış edən zaman yeni ideoloji vurğularla əlaqədar davamlı olaraq verdiyi mühüm mesajlar, deyəsən, müxtəlif binaların, o cümlədən dövlət müəssisələrinin dəhlizlərində ilişib qalır. İctimai münasibətlərin ideoloji qatları təsadüfi və xaotik şəkildə formalaşmamalıdır. Məhz buna görə də Prezident İlham Əliyevin ritorikasında, xüsusilə gənclər ilə görüşən zaman etdiyi çıxışlarda ideoloji amil prinsipial olaraq vurğulanır.Avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərdə rayona köçən sakinlərlə görüşən zaman yenə də ideoloji amillərə xüsusi olaraq toxunub. Sözügedən hal əsla təsadüfi deyil, çünki “Böyük Qayıdış”, “qaçqınlıq dövrünün başa çatması” və “quruculuq” kimi məfhumlar yeni dövlətçilik təfəkkürünün fəlsəfi məzmununu müəyyən etməli olan əsas meyarlardır. Prezident İlham Əliyevin növbəti sözləri bu cür fikirlərinin səsləndirilməsinin əsasıdır: “Bizim işimiz quruculuqdur... Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq”. Qurub yaradan millətin parçası olmaq qürurverici hissdir və bu imicə hər kəs xidmət etməlidir. Yeni ideoloji vurğuları hər bir vətəndaş dövlətçilik təfəkküründə yaşatmalıdır.Dövlətimizin başçısının Kəlbəcərdəki çıxışında digər ideoloji vurğular da öz əksini tapıb: “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır”. Beləliklə, Prezident İlham Əliyev “ədalət” və “milli iradə” kimi məfhumları da milli dövlətçilik təfəkkürümüzün əsas keyfiyyətləri sırasına daxil etmiş oldu. Yaş, cins və sosial durumundan asılı olmayaraq hər kəs etiraf edə bilər ki, “ədalət” hissi sabaha ümid yaratdığı kimi, “milli iradə” də cəmiyyətin tükənməz güc mənbəyidir.Hər zaman olduğu kimi bu dəfə də Prezident İlham Əliyev öz çıxışında milli dövlətçilik kontekstində “dialoq” və “milli həmrəyliyə” toxunub: “Bizim gücümüz, xalqımızın iqtidarla bir yerdə olması, hərbi Zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik ruhu - bütün bu amillər bütün dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır və bizimlə hesablaşmayan nəticədə peşman olur”. Milli birlik və həmrəylik mühitini dövlətin güc mənbəyi kimi tanıyan, habelə bunu açıq bəyan edən Prezident xalq tərəfindən yalnız təqdir oluna bilər. Azərbaycanın milli həmrəylik modelinin özəl xüsusiyyətlərindən biri məhz odur ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların iştirakı ilə təşviq olunan siyasi dialoq mühiti müxtəlif təxribatların qarşısını alır və milli həmrəyliyimizin toxunulmazlığını qoruyur.Dünya ölkələrinin təcrübəsi bizlərə onu göstərir ki, ideoloji böhran yaşanan dövlətlərdə “idxal olunan demokratiya” tüğyan edir və ideoloji boşluq zərərverici “maddələr” ilə doldurulur. Bir sıra qonşu ölkələrin təcrübəsində sözügedən proseslərin hansı faciələr ilə yekunlaşdığını hamımız gözəl bilirik. Müasir ideologiya keçmişdən imtina etmək deyil və ya bizim psevdodemokrat demaqoqlarımızın təklif etdikləri kimi “hər şeyi inkar edib sıfırdan başlamaq” da deyil. Tam əksinə, ideoloji vakuum siyasi şarlatanların demaqogiyaları üçün münbit mühit və cəmiyyətin dayanıqlı inkişafına yeni təhdidlər yaradır. Odur ki, dövlətçilik təfəkkürümüzdə ideoloji vurğularının yerində olmaması bütün əldə olunmuş nailiyyətləri risk altına salır. Milli vəhdət diskursunun qorunması məsələsi hər bir məsuliyyətli vətəndaşın vəzifəsinə çevrilməlidir. Demokratik münasibətlərin təcəssümü olan sağlam siyasi dialoq mühiti məhz sözügedən mühüm vəzifəyə xidmət edir.

Politoloq Asif Adil

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see764

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see310

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see290

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see279

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see261

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see251

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see237

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see225

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see209

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see199

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see191

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see185

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see182

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see178

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see176

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see169

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri