Icma.az
close
up
RU
Dövlətçilik və suverenliyimizin səssiz düşməni

Dövlətçilik və suverenliyimizin səssiz düşməni

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Hamımız çox yaxşı bilirik ki, Ramiz Mehdiyev dövlətə təkbaşına xəyanət etməyib.
Bu, bir nəfərin deyil, bir zehniyyətin uzun müddətdən bəri varlğını sürdürən xəyanətidir.
O zehniyyət ki, hər dəfə çətinlik qarşısında ümidini millətinə yox, Moskvaya bağlayıb.

O zehniyyət ki, xalqın iradəsini kiçildib, yad paytaxtların kölgəsində yaşamağı “siyasət” hesab edib. Bu əzik düşüncə tərzi təkcə siyasi dairələrdə deyil, iqtisadi və “ziyalı” çevrələrdə də illərlə kök salıb. Bəziləri kreslosunu, digərləri sərvətini, bir qismi isə ad-sanını qorumaq üçün dövlətin ruhunu satmaqdan çəkinməyib.

Beləcə, dövlətçiliyin mənəvi dayaqları olan azad düşüncə, milli iradə, istiqlal eşqi içəridən zədələnib. Amma bu millət saysız-hesabsız ağrılı məqamların girdabından çıxıb. Əsrlərlə sınaqlardan keçib və hər dəfə də diz çökənləri deyil, mübarizləri yaşadıb. Çünki bu millətin yaddaşında bir həqiqət var: Azadlıq heç vaxt verilmir, qazanılır.

Yaxın tariximizdən də göründüyü kimi, mübarizəmizin böyük bir qismi ruslar və onların əlaltılarıyla bağlıdır. Əgər bu gün ölkəmizin gələcəyinə və müstəqilliyinə əl uzadanları – “1937-ni yenidən yaşatmaq istəyənləri”, onların siyasi, iqtisadi və hətta dırnaq arası ziyalı təbəqəsini cəzalandırmasaq, xalqımız üçün böyük bir fəlakətə zəmin hazırlamış olarıq.

44 günlük Zəfərdən sonra Azərbaycan üçün ən böyük fürsət məhz bu zəhərli zehniyyətdən qurtulmaq, milli ruhun, dövlətə güvənin güclənməsi fürsətidir. Çünki artıq məsələ təkcə bir şəxsin xəyanəti deyil, bir düşüncə tərzinin, zehniyyətin qollarını kəsmə, onları bərtərəf etmə məsələsidir. Rusdan imdad uman zehniyyət ifşa olunmasa, o, yenə başqa adlar, başqa maskalarla geri dönəcək. Bu zehniyyətin kökü kəsilməzsə, dövlətin gələcəyi daim kölgə altında qalacaq. Bu Millət azadlıq üçün övladlarını qurban edib, can verib, əsla köləliyə razı olmayacaq. Dövlətin dirçəlişi də, gələcəyi də yalnız Öz ruhuna güvənən insanların əllərindədir.
Xilasımız öz milli ruhumuzun dəyərləri ilə yetişdirilən gələcək nəsillərdədir. Dövlətin əqidə düsturu millətin övladlarının qanıyla yoğrulub. Dövlətə xəyanət və bu xəyanətə göz yummaq millətə xəyanətdir. 

Mübariz Yunus

Füyuzat.az saytının baş redaktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Oktyabr 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri