Icma.az
close
up
RU
Səssiz dualar, partlayan minalar… Müxalifət Cəbrayılda dövlətçilik testi verdi

Səssiz dualar, partlayan minalar… Müxalifət Cəbrayılda dövlətçilik testi verdi

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Siyasət meydanında səmimi dialoq başlamalıdır – səngərdəki kimi dürüst!” 



İyunun 3-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin Cəbrayıl və Zəngilana növbəti birgə səfəri baş tutub. Budəfəki səfərdə ümumilikdə, 70 nəfərdən artıq şəxs iştirak edib. 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlərin iştirakı ilə keçirilmiş səfərin proqramı kifayət qədər zəngin və maraqlı olub. Səfər çərçivəsində iştirakçılara Horadiz şəhərinin yaxınlığında minatəmizləmə fəaliyyəti barədə geniş məlumat verilib və düşmən tərəfindən basdırılmış minaların zərərsizləşdirilməsi prosesini izləmək imkanı yaradılıb. Daha sonra səfər iştirakçıları üçün Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Cəbrayıl şəhərinin giriş hissəsində işğal zamanı düşmənin dağıtdığı evlərin qalıqları, Cəbrayıl şəhər yaşayış kompleksi və Mehdi Mehdizadə adına tam orta məktəb ilə tanışlıq, həmçinin şəhərin baş planının təqdimatı keçirilib. Səfər çərçivəsində iştirakçılar Cəbrayılda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı haqqında geniş məlumat əldə ediblər. Daha sonra qonaqlar üçün Zəngilanın Məmmədbəyli kəndi, Zəngilan şəhər məscidi, Zəngilan Konqres Mərkəzi, 104 mənzilli yaşayış kompleksi və Oxçuçay üzərində yerləşən “Zəngilan” SES-ə ekskursiyalar təşkil olunub. 


Siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə birgə səfərləri Azərbaycan cəmiyyəti tərəfindən artıq formalaşmış demokratik ənənə kimi qəbul olunur. Prezident İlham Əliyevin təşəbbüsü ilə fəal şəkildə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində siyasi partiya sədrlərinin birgə səfərləri siyasi müstəvidə tərəflər arasında yaşanan etibarlı münasibətlərin göstəricisidir. Odur ki, müsbət ənənəyə çevrilmiş sözügedən səfərlər artıq ölkənin siyasi gündəliyinin ayrılmaz parçasıdır. Təsadüfi deyil ki, milli həmrəylik təzahürü ilə təcəssüm olunan sözügedən demokratik təcrübə ictimaiyyət tərəfindən təqdir olunur və dəstəklənir. Son illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində mütəmadi olaraq müxtəlif səpkili layihələr icra edilir. Siyasi partiya sədrlərinin, habelə ölkədə tanınmış alim, politoloq və qələm sahiblərinin iştirakı ilə təşkil olunan çoxsaylı görüşlər, açıq müzakirələr görülən işlərin sadəcə bir parçasıdır. Bütün bu təşəbbüslər demokratik ənənələri daha da dərinləşdirir və siyasi proseslərdə iştirak edən tərəflər arasında etibarlı əməkdaşlıq münasibətlərinin bərqərar olunmasına xidmət edir.


Ədalət Partiyasının sədri Mütəllim Rəhimli "Sherg.az"a deyib ki, işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə yaxından tanış olmaq imkanı müxalifətin siyasi arenada həqiqi yerini tutması üçün yaxşı təşəbbüsdür. Onun sözlərinə görə, idarəetmədə iqtidarla yanaşı müxalifət də iştirak edir: 

"Bütün sivil ölkələrdə də müxalifət ölkədə baş verən proseslərin içərisində olur və ona bu şərait yaradılır. Bu səfər həm də siyasi müstəvidə dialoq mühitinin və qarşılıqlı anlaşmanın inkişafı üçün əhəmiyyətlidir. Minatəmizləmə ilə məşğul olan qəhrəman oğullarla qürur duyduq. Partladılan minanın dalğası və səsi, həqiqətən də qorxunc idi. Sonra Cəbrayıl şəhərinin yenidən qurulması prosesi ilə tanış olduq. Bir tərəfdə 4-5 mərtəbəli müasir və olduqca göz oxşayan binalar və elə onun yanındaca ermənilərin vəhşi kimi dağıtdığı evləri görəndə insanda hərtərəfli qənaət hasil olur. Kimin kim olduğu bilinir. Cəbrayıllılar demək olar ki, kütləvi şəkildə bizimlə görüşə axışdılar. İnsanlar hisslərini, həyəcanlarını, sevinclərini bölüşürdülər. Bu xoşbəxtliyi çoxaltmaq üçün onu paylaşmaq lazımdır axı. Cəbrayılda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı isə işğaldan azad edilmiş ərazidə məskunlaşan sakinlərin yaxın gələcəkdə işlə təmin olunması üçün böyük ümidlər yaradır. İlkin nəticələr də var. Sonra Zəngilan şəhərinin tikiləcəyi ərazini gördük. İndi burada məscid və konqres mərkəzi tikilib, məktəb və bir neçə binanın isə əsası qoyulub tikilməkdədir. Ermənilərin dağıtdığı və tövlə kimi istifadə etdiyi məscidimiz tarixi abidə kimi saxlanılıb, onun yanında isə sənət əsəri sayılacaq müasir məscid inşa olunub. İndi hər kəs məsciddə bu torpaqların azadlığı uğrunda şəhid olanların ruhuna dua, Allaha isə şükür etmək imkanına malikdir. Sanki ilkin olaraq burada məscidin tikilməsinin də məhz mənası budur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 İyun 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri