Icma.az
close
up
RU
Dövlətə xəyanətin adı var: Mehdiyev Kərimli şəbəkəsi mütləq ifşa olunmalıdır

Dövlətə xəyanətin adı var: Mehdiyev Kərimli şəbəkəsi mütləq ifşa olunmalıdır

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Ramiz Mehdiyev və Əli Kərimlinin illərlə qurduqları gizli əməkdaşlıq, dövlət strukturunda və radikal müxalifət daxilində yaratdıqları şəbəkə, cəmiyyətə yönəltdikləri psixoloji təzyiq, manipulyasiya və xaos planları artıq hüquqi şəkildə üzə çıxır. Bu proses təkcə bir cinayət işinin istintaqı deyil — bu, Azərbaycan dövlətinə qarşı qurulmuş sistemli xəyanət mexanizminin dağıdılmasıdır.

Mehdiyevin dövlətin içində illərlə topladığı korrupsiya resursları və Kərimlinin radikal şəbəkələri eyni məqsədə xidmət edib: hakimiyyəti zorla ələ keçirmək, konstitusiya quruluşunu dağıtmaq və Azərbaycanı destabilizasiya etmək. Onların xarici xüsusi xidmətlərlə əlaqələri, gizli maliyyə kanalları, bağ evlərində keçirilən görüşləri, cəmiyyətə davamlı şəkildə “çevriliş olacaq” mesajları ötürməkləri ölkənin milli təhlükəsizliyinə açıq təhdid idi.

Bu şəxslər illərlə xalqın ən həssas təbəqələrini — tələbələri, işsizləri, sosial çətinlik yaşayan insanları — manipulyasiya edib, onları öz siyasi ambisiyalarının alətinə çeviriblər. Cəmiyyətə qorxu, gərginlik və təxribat toxumu səpiblər. Bu, artıq siyasi fəaliyyət deyil; bu, xalis xəyanətdir.

Azərbaycan dövləti bu gün özünü təmizləyir. Şəbəkənin bir qolu Mehdiyevin iç çevrəsi, digər qolu Əli Kərimlinin radikal strukturları idi. Onlar birlikdə Azərbaycan dövlətçiliyinə zərbə vurmağa cəhd ediblər. Bu cəhdin qarşısı alınıb və alındıqca da alınacaq.

Mən – Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi – hesab edirəm ki, bu şəbəkənin bütün həlqələri tam açılmalı, iştirak edən hər kəs — istər yüksək vəzifəli keçmiş məmur, istərsə də radikal müxalifət lideri — qanun qarşısında cavab verməlidir. Azərbaycan dövləti heç kəsə imtiyaz tanımamalıdır.

Bu proses Azərbaycanın gələcəyi üçün vacibdir. Dövlət daxilindəki qalıq strukturlar, köhnə şəbəkələr, illərlə toxunulmaz görünən qruplar tamamilə təmizlənməlidir. Azərbaycanın bu günkü gücü və sabitliyi belə təhlükələri kökündən məhv etməyi tələb edir.

Azərbaycan dövləti güclüdür və bütün gizli şəbəkələri ifşa etməkdə qətiyyətlidir.

Vəhdət Partiyasının sədri

Adəm İsmayıl Bakuvi


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Noyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri