Icma.az
close
up
RU
Xəyanətin fəlsəfəsi: Mehdiyev Kərimli PLANI...

Xəyanətin fəlsəfəsi: Mehdiyev Kərimli PLANI...

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Adəm İsmayıl Bakuvi

Vəhdət Partiyasının sədri

Azərbaycan siyasi tarixində zaman-zaman təkrarlanan bir acı həqiqət var: dövlətin süqutunu hazırlayan güc çox vaxt xaricdən deyil, elə içəridən doğur.

Xəyanət, satqınlıq və milli maraqlara qarşı yönəlmiş gizli planlar sadəcə siyasi hadisə deyil, bütöv bir fəlsəfi düşüncə, psixoloji davranış və sosial reallıq modelidir. Tarix sübut edir ki, Əliheydər Qarayevin, Həmid Sultanovun 1920-ci ildə həyata keçirdikləri “qurtuluş” adı altında milli dövlətin təslim edilməsi prosesi ilə bu gün Ramiz Mehdiyev–Əli Kərimli xəttində müşahidə olunan siyasi davranış arasında eyni düşüncə kodları mövcuddur. Hər iki dövrün mahiyyəti eynidir: xarici gücün layihəsinə çevrilmiş yerli aktorlar, milli dövlətçiliyi devirməyə yönəlmiş paralel siyasi koordinasiya, xalqın iradəsindən yox, başqa xarici mərkəzlərdən gələn təlimatlarla hərəkət etmək. Xəyanət özünü nə qədər qızıl sözlərlə bəzəsə də, nəticədə onun mahiyyəti dəyişmir: dövlətin zəifləməsi, milli iradənin sındırılması və siyasi müstəqilliyin xarici güclərin ayaqları altına atılması.

Xəyanətin fəlsəfəsi çoxqatlı bir anlayışdır və onu yalnız hüquqi kateqoriya kimi izah etmək mümkün deyil. Xain əvvəlcə mənəviyyatını itirir, sonra siyasi mövqeyini, sonunda isə xalqını satır. Bu, təkamül prosesidir. Xəyanətkar hər zaman özünü xalqın müdafiəçisi kimi təqdim edir, lakin bütün siyasi davranışı şəxsi ambisiya ilə ölçülür. O, hakimiyyətə gəlmək üçün dövlətin zəifləməsini arzulayır, xarici güclərin dəstəyini milli maraqlardan üstün tutur, öz siyasi kimliyini tamamilə təhrif edir. Ən təhlükəli cəhət isə odur ki, xəyanətkar heç vaxt özünü düşmən kimi təqdim etmir. O, qəzetlərdə “demokratiya carçısı”, mitinqlərdə “xalqın səsi”, xaricdə isə “region üzrə layihə tərəfdaşı” kimi tanıdılır. Lakin pərdəarxasında baş verənlər tamam başqadır: dövlətin güc strukturlarına qarşı təxribatlar, cəmiyyətdə inamsızlıq toxumu səpmək, xarici güclərlə paralel siyasi xətt qurmaq, konstitusion quruluşun dəyişməsi üçün gizli planlar hazırlamaq.

Bu baxımdan Ramiz Mehdiyev və Əli Kərimli arasında ortaya çıxmış əlaqələrin araşdırılması təkcə hüquqi proses deyil, həm də xəyanətin fəlsəfəsinin təhlili üçün unikal materialdır. Onların siyasi davranış trayektoriyası Azərbaycan üçün tanış mənzərə yaradır. Bir tərəfdə illərlə dövlət içində paralel şəbəkə formalaşdırmış, ölkənin siyasi sistemində xaricdən yönləndirilən təlimatların mərkəzi rolunu oynamış bir fiqur; digər tərəfdə isə özünü “qərbyönlü demokrat” kimi tanıdan, amma bir dəfə də olsun  xarici ölkələrin Azərbaycana qarşı addımlarını tənqid etməyən radikal müxalifət lideri. Bu iki ziddiyyətli obrazın bir nöqtədə birləşməsi isə təsadüf deyil — çünki onları birləşdirən şəxsi ambisiyadır, milli mənafeyə yox, siyasi revanşa xidmət edən istəkdir. Bu cür təbəqələr üçün dövlət ideya deyil, alətdir. Onların “hədəfi” demokratiya deyil, hakimiyyətdir; onların “mübarizəsi” xalq üçün yox, özləri üçündür.

Azərbaycanın son illərdə qazandığı tarixi qələbələr, Qarabağın azad edilməsi və dövlətin beynəlxalq aləmdə möhkəmlənməsi bu çevrələr üçün gözlənilməz zərbə oldu. Çünki bu qələbələr onların illərlə qurduğu xəyal dünyasını dağıtdı. Azərbaycan ordusunun gücü artdıqca, dövlətin beynəlxalq ittifaqlardakı çəkisi yüksəldikcə, ölkə regional liderə çevrildikcə radikal qrupların siyasi kapitalı azaldı. Onlar yalnız zəif dövlət, parçalanmış cəmiyyət və davamlı xaos şəraitində mövcud ola bilirlər. Buna görə də 44 günlük Vətən müharibəsi onların siyasi varlığı üçün strateji məğlubiyyət oldu. Onlar Azərbaycanın qələbəsinə sevinmədilər — çünki bu qələbə onların siyasi gündəmini məhv edirdi.

Müasir geosiyasi reallıqlarda beşinci kolonun fəaliyyəti daha təhlükəlidir. Qlobal güclər arasında qarşıdurmanın kəskinləşdiyi, Cənubi Qafqazda yeni nizam qurulduğu bir dövrdə hər hansı siyasi qrupun xarici təsirə açıq olması artıq təkcə daxili məsələ deyil — milli təhlükəsizlik problemidir. Dövlət Təhlükəsizliyi Xidmətinin son əməliyyatları göstərir ki, Azərbaycan dövləti bu təhlükəni həm siyasi, həm institusional, həm ideoloji müstəvidə dərk edir. Bu təkcə hüquqi proses deyil, həm də milli yaddaşın bərpasıdır: dövlət öz tarixinə əsaslanaraq xəyanətkar strukturların zamanında zərərsizləşdirilməsini təmin edir. Xalqın sosial sifarişi də məhz budur — milli dövlətin müstəqilliyini qorumaq, xarici güclərin içəridəki əlaltılarını ifşa etmək, radikal qrupların manipulyasiyalarına son qoymaq.

Tarixi təcrübə göstərir ki, Azərbaycan xalqı müstəqillik yolunda ən böyük zərbələri məhz daxili satqınlardan alıb. 1920-ci ildə milli hökumət süqut edərkən Bakıya daxil olan qüvvələr təkcə 11-ci Qırmızı Ordu deyildi — içəridə onlara yol açan yerli xəyanət şəbəkələri vardı. Bu gün Ramiz Mehdiyev–Əli Kərimli əlaqələri fonunda oxşar strukturun konturları görünür. Hər iki dövrdə xarici mərkəzlərin təlimatlarını yerinə yetirən yerli qruplaşmalar milli dövlətçiliyi hədəfə almışdı. Fərqlər yalnız texniki vasitələrdədir, mahiyyət dəyişmir.

Azərbaycan dövləti bu gün daha güclüdür, daha çevikdir, daha ayıqdır. Prezidenti İlham Əliyevin siyasi idarəçilik modeli milli təhlükəsizlik strategiyasının əsas fəlsəfi dayağıdır: dövlətə müxalifətdə olmaq olar, amma dövlətçiliyə yox; siyasi fikir müxtəlifliyi normaldır, amma Vətənə xəyanət yox; hakimiyyəti tənqid etmək olar, amma dövlətin altını qazmaq olmaz. Bu, sadəcə siyasi bəyanat deyil — Azərbaycan dövlətinin ideoloji konstitusiyasıdır.

Bugünkü proseslər göstərir ki, dövlət artıq xəyanəti təkcə hüquqi məsələ kimi deyil, həm də ideoloji və tarixi problem kimi həll edir. Beşinci kolonun şəbəkəsinin bir-bir ifşa olunması milli təhlükəsizlik doktrinasının uğurudur. Azərbaycan cəmiyyəti bu qüvvələri çoxdan siyasi səhnədən kənarlaşdırıb, dövlət isə bu nəticəni hüquqi müstəviyə daşıyır. Xainin aqibəti tarix boyu dəyişməyib: nə qədər ağıllı plan qursa da, ən sonda ya ifşa olunur, ya cəzasını alır, ya da xalqın yaddaşında rüsvayçılıq kimi qalır.

Azərbaycanın bugünkü gücü təkcə ordusunun qüdrəti, iqtisadiyyatının dayanıqlığı və diplomatik uğurları ilə ölçülmür. Azərbaycanın gücü həm də xəyanətin mahiyyətini vaxtında görmək, onu tanımaq və məhv etmək bacarığıdır. Vətənə xəyanətin bəraəti yoxdur və olmayacaq. Bu torpağın yaddaşı xəyanətkarları bağışlamır. Azərbaycan dövləti isə artıq elə mərhələdədir ki, heç bir xarici gücün piyada kimi istifadə etdiyi qüvvə milli iradəni manipulyasiya edə bilməyəcək.

Bu gün atılan addımlar yalnız bu gün üçün deyil — Azərbaycan dövlətinin gələcək yüzilliyinin təhlükəsizlik bünövrəsidir. Dövlətin sabitliyi, millətin birliyi və Qarabağ zəfərinin doğurduğu yeni geosiyasi reallıq heç bir xəyanətkar güc tərəfindən sarsıdılmayacaq. Çünki Azərbaycan xalqı artıq tarixin dərslərini öyrənib və bu dəfə içəridən gələn zərbə üçün qapı açmayacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Dekabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri