Icma.az
close
up
RU
Dövlətimiz mediamızın inkişafına böyük əhəmiyyət verir Deputat

Dövlətimiz mediamızın inkişafına böyük əhəmiyyət verir Deputat

Icma.az bildirir, Unikal.az portalına istinadən.

"22 İyul-Milli Mətbuat Günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir. Bu gün keçilən 150 illik şərəfli yolu Azərbaycanın tarixi Zəfərinin, suverenliyinin bərpasının reallıqları fonunda qeyd etmək, təbii ki, böyük qürur və xoşbəxtlikdir. Əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk sayının nəşri ilə qoyulan milli mətbuatımız çətin və şərəfli yol keçərək bu gün qalib Azərbaycanın uğurlarını, dövrün çağırışlarını obyektivlik, qərəzsizlik, milli vətənpərvərlik hissinə söykənərək daha səylə, böyük məsuliyyət hissi ilə ölkə və dünya ictimaiyyətinə çatdırır". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. 

Parlamentari bildirib ki, azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan dövləti heç zaman mətbuatın inkişafına qayğısını əsirgəmir. 

Millət vəkili qeyd edib ki, Azərbaycan mətbuatı bütün dövrlərdə həqiqətlərin təbliğatçısı, cəmiyyətin güzgüsü missiyasını şərəflə yerinə yetirib. Mətbuat tariximizin Heydər Əliyev dövründə yaradılan möhkəm təməl bugünkü uğurlarımızda özünün aydın ifadəsini tapır. 1993-cü ildən etibarən KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artmışdır.  

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimiz müasir Azərbaycan mediasının inkişafına böyük əhəmiyyət verir. Bu, Azərbaycan dövlətinin maddi-mənəvi gücü, qüdrəti deməkdir. Son 21 ildən artıq müddətdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi azad medianın inkişafında davamlı addımlarda özünün bir daha təsdiqini tapıb. Artıq qeyd etdiyimiz kimi, bu gün yeni dövrün yeni reallıqlarını yaşayırıq. Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası oldu. Sözügedən Fərman əsasında yaradılan Medianın İnkişafı Agentliyinin (MEDİA) həyata keçirdiyi layihələr, yeni dövrün tələbinə uyğun olaraq hazırlanan və qəbul edilən “Media haqqında” Qanun mətbuat sahəsində təkmil hüquqi bazanın yaradılmasını təmin etdi.  

Hazırkı dövrdə mediamızdan əsas gözlənti milli informasiya təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını daim ön planda saxlamaq, peşə etikasına riayət etmək, jurnalistikanın obyektivlik, qərəzsizlik kimi təməl prinsiplərini daim fəaliyyətində əsas götürməkdir. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin, islahatların məntiqi nəticəsi olaraq bu gün mətbuatımız daha da peşəkarlaşır, təkmilləşir, dəyişməz olan prinsiplərinə söykənərək cəmiyyətin obyektiv informasiya ilə təminatında öz sözünü deyir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 İyul 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri