Icma.az
close
up
RU
Samir Şərifovun Suriyaya səfəri böyük əhəmiyyət kəsb edir Deputat

Samir Şərifovun Suriyaya səfəri böyük əhəmiyyət kəsb edir Deputat

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Hazırda Suriyada baş verənlər bütün dünyada böyük həssaslıqla izlənilir. Əsəd rejiminin devrilməsindən sonra bu ölkədə yeni bir dönəm başlayıb".

 Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib. 

Parlamentari bildirib ki, Azərbaycan yaranmış fürsətdən sabitlik və inkişaf üçün istifadə olunmasının tərəfdarıdır.

"Qeyd edək ki, məlum dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib. 

Həmçinin,  ölkəmizdən Suriyaya humanitar yardım karvanı yola salınıb. Aprel ayında Antalya Diplomatiya Forumu çərçivəsində Suriyanın  keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşən Prezidentimiz İlham Əliyev bildirib ki, Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycan iştirak etməyə hazırdır.  Görüşdə, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunulub. Söhbət zamanı ölkələrimiz arasında yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub. 

Əhməd Əl Şaara Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib və gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində respublikamızın Suriyaya dəstək göstərməsinin önəmini vurğulayıb.

Azərbaycan və Suriya prezidentlərinin Antalyada baş tutan görüşü məhz Əsəd rejiminin günahı ucbatından pozulan ikitərəfli əlaqələrin bərpasına və inkişafına əsasdır. Nəzərə alaq ki, Azərbaycan hazırda Suriyada böyük ehtiyac duyulan investisiya imkanlarına və infrastruktur quruculuğunda yaxşı təcrübəyə malikdir. Eyni zamanda, Türkiyə və İsraillə yüksək səviyyədə olan münasibətlər də Azərbaycanın gələcəkdə Suriyanın bərpasında və bütövlükdə Yaxın Şərqdə gedən proseslərdə aktiv rol alacağını deməyə əsas verir. Bu baxımdan, bugünlərdə Baş nazirin müavini Samir Şərifovun Suriyaya səfəri böyük əhəmiyyət kəsb edir".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 May 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri