Icma.az
close
up
RU
“DÖVLƏTİN ADINDAN BİZƏ HƏDƏ QORXU GƏLİR...” Sakinlər MTK sahibi olan BDU müəllimindən şikayət edir (FOTO)

“DÖVLƏTİN ADINDAN BİZƏ HƏDƏ QORXU GƏLİR...” Sakinlər MTK sahibi olan BDU müəllimindən şikayət edir (FOTO)

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

23 noyabr səhər saatlarından başlayaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, C. Axundzadə küçəsində baş verənlər yerli sakinlərin ciddi narazılığına səbəb olub.

Sözügedən ərazidə yaşayan bir qrup sakin “AzPolitika”-ya müraciətində “Darvaz MMC” adlı MTK-nın sahibi Namazov Faiq Mirzəli oğlunun qanunsuz olduğunu iddia etdikləri əməllərindən şikayətləniblər. 

Sakinlərin bildirdiyinə görə, həmin MTK-nın qarşısındakı ərazidə anidən, onlara xəbərdarlıq edilmədən, məlumat lövhəsi qoyulmadan tikinti işlərinə başlanılıb. Səhər saatlarında əraziyə gələn işçilər bir neçə nöqtəni işarələyib, ölçü aparıblar. Qonşular yaxınlaşıb soruşduqda isə onlara “buranı tikirik” cavabı verilib.

Həmin ərazidə yaşayan Məmmədov Arzuman Fəxrəddin oğlu bildirib ki, bu ərazi onların illərdir istifadələrində olan, hətta dədə-baba torpağı hesab etdikləri məkandır. Onun sözlərinə görə, tikinti ilə bağlı əraziyə nə lövhə qoyulub, nə məlumat verilib, nə də qonşularla hər hansı danışıq və ya razılaşma aparılıb: “Heç bir bildiriş olmadı. Buranı özümüz abadlaşdırmışıq - asfaltını yeniləmişik, kanalizasiya və drenaj xətlərini çəkmişik, zibil sahəsini səliqəyə salmışıq. İndi isə heç bir sənəd göstərmədən gəlib ərazini zəbt edirlər”.

Yerli sakinlərdən Məmmədov Kamran Kamil oğlu isə qeyd edir ki, ətrafda uşaqların oynaya biləcəyi, xeyir-şər mərasimlərinin təşkil olunduğu yeganə ərazi buradır və buranı da kimlərsə öz mənafeyi hesabına zəbt etməyə çalışır: “Mən öz övladlarımı bu ərazidə böyütmüşəm. Burada həm qonşular bir-biri ilə ünsiyyət qurub, həm də müxtəlif mərasimlər üçün palatka qurulub. Ona görə də bu ərazi bizim üçün sıradan bir yer deyil. İndi kimlərsə öz şəxsi maraqları naminə bura sahib çıxmağa çalışır. Bu ərazidə yaşayan bu qədər insanın hüquqlarının pozulması deməkdir”.

Sakinlərin sözlərinə görə, adı MTK sahibi kimi çəkilən Namazov Faiq Mirzəli oğlu Bakı Dövlət Universitetinin müəllim heyətində təmsil olunur, hətta professor olduğu deyilir.

Lakin sakinlər bu statusun onun davranışları ilə uyğun gəlmədiyini qeyd edirlər: “Professor dediyin insan cəmiyyətin rifahını düşünməlidir. Bu isə əksinə, dövlətin adından istifadə edib, bizə hədə-qorx gəlir. Deyir ki, burada nə istəsəm, tikəcəm. Biz sual edirik - BDU-nun müəllimi necə olur ki, belə imtiyazlarla həm binanı tikir, həm də əhalinin ərazisini zəbt edir?”

Bakıxanov sakinləri baş verənləri qanunsuzluq hesab edir və məsələ ilə bağlı dövlət qurumlarının müdaxiləsini, obyektiv araşdırma aparılmasını və tikintinin dayandırılmasını tələb edir.

Qeyd olunanlarla bağlı qarşı tərəfin, eyni zamanda Sabunçu Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışırıq.

“AzPolitika.info”




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Noyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri