Icma.az
close
up
RU
Dövlətin dəstəyi idman mədəniyyətinin inkişafını sürətləndirir

Dövlətin dəstəyi idman mədəniyyətinin inkişafını sürətləndirir

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycanda gənclərin idman sahəsində fəaliyyəti son illərdə böyük inkişaf yolu keçmişdir.

Dövlətin idman siyasəti və gənclərə yönəlmiş proqramlar, ölkənin idman mədəniyyətinin inkişafını sürətləndirir. Gənclərin idmana cəlb edilməsi, onların fiziki və mənəvi sağlamlığının artırılması, eyni zamanda, beynəlxalq aləmdə Azərbaycanı təmsil etmələri məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, gənclərin idman sahəsində fəaliyyətini dəstəkləmək üçün bir sıra proqramlar həyata keçirir. İdman infrastrukturunun modernləşdirilməsi, yeni idman komplekslərinin tikilməsi və gənclərə idmanla məşğul olmaq üçün şərait yaradılması bu proqramların əsasını təşkil edir. Eyni zamanda, idman federasiyaları və klub sistemləri gənc idmançıların karyera inkişafına dəstək verir.

Gənclərin idman fəaliyyəti müxtəlif idman növlərini əhatə edir. Cüdo, güləş, karate, bədii gimnastika, futbol və şahmat kimi sahələrdə gənclər uğurlar qazanır. Məsələn, Azərbaycan güləşçiləri və cüdoçuları beynəlxalq yarışlarda mükafatlar qazanaraq, gənclərin bu idman növlərinə marağını artırıblar.

Bədii gimnastika üzrə Azərbaycanın gənc idmançıları beynəlxalq turnirlərdə mükafatlar qazanaraq, ölkənin idman potensialını nümayiş etdirir. Gənc futbolçular, ölkənin futbol çempionatlarında aktiv iştirak edir və müxtəlif beynəlxalq turnirlərdə çıxış edirlər. Gənclərin idmana cəlb olunması yalnız onların fiziki sağlamlığına deyil, həm də sosial inkişaflarına müsbət təsir göstərir. İdman vasitəsilə gənclər arasında dostluq, əməkdaşlıq və komanda ruhu formalaşır. Bu, gənclərin ictimai həyatda fəal iştirakını təmin edir, onların özünəinamını artırır.

Ümumilikdə, Azərbaycanda gənclərin idman sahəsində fəaliyyəti ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Dövlətin və müvafiq qurumların gənclərə yönəlmiş dəstəyi, idman mədəniyyətinin inkişafını sürətləndirir. Gənclərin idmanda qazandıqları uğurlar, Azərbaycanın beynəlxalq aləmdə tanınmasına və gənclərin sağlam həyat tərzi sürməsinə kömək edir. Bu sahədəki inkişafın davam etməsi, gənclərin gələcəkdə daha da böyük nailiyyətlər qazanmasına zəmin yaradır.

Bakıvaxtı.az-a Azərbaycan gənclərinin idman sahəsindəki layiqli uğurlardan bəhs edən Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev bildirib ki, idmanı gənclərsiz təsəvvür etmək mümkün deyil. İdman sahəsində bütün böyük uğurların təməli məhz idmançıların yeniyetmə və gənc yaşlarında qazandığı təcrübə və qoyduğu təməl əsasında qazanılır. Bizi Avropa, Dünya çempionatlarında, Olimpiya oyunlarında layiqincə təmsil edən idmançılarımızın təcrübəsi gənc yaşlarından iştirak etdiyi turnirlər, qazandığı medallar üzərində qurulub:

"2024-cü ildə idmançılarımız müxtəlif idman növləri, məsələn, ağırlıq qaldırma üzrə yeniyetmələrdən ibarət komandamız Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa birinciliyində komanda hesabında ikinci olmağı bacardılar, güləşçilər 20 yaşlı idmançılar arasında Avropa çempionu ola bildilər. Bununla yanaşı, keçirilən müxtəlif beynəlxalq multi oyunları fərqləndirmək olar. Məsələn, Saxa Respublikasının paytaxtı Yakutskda keçirilən uşaqların yarışı, bununla yanaşı, Avropa Universitet oyunları bir çox digər beynəlxalq yarışları qeyd etmək olar ki, orada bizim yeniyetmə və xüsusilə də gənc larımız böyük nəticələr qazanaraq qazanaraq ümumi xal medal hesabımızı artırmağı bacarmışdılar. Ötən il ərzində Azərbaycan idmançıları Olimpiya və qeyri Olimpiya idman növlərində 1718 medal qazanmışdılar ki, bunun da üçdə iki hissəsi məhz gənc idmançıların aktivindədir".

Müsahibimiz qeyd edib ki, gənc idmançılarımızın uğurları gələcəkdə idmançı olmaq istəyən balaca idmançılara da stimul, nümunə roludur.

Kənan Məstəliyev: Prezident gənclərin sağlam yaşam tərzini seçməsi üçün idmana olan marağı artırmağı məqsəd qoyub

K.Məstəliyev Azərbaycan Prezidenti İlham Əliyevin də idman sahəsində gənclərə olan dəstəyindən söz açıb:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, gənclərin idman sahəsində inkişafını dəstəkləmək məqsədilə bir sıra mühüm təşəbbüslər irəliləyib. Son illərdə dövlət tərəfindən gənclərə idmanla bağlı yeni imkanların yaradılması, bu sahəyə yatırımların artırılması, gənc idmançıların beynəlxalq yarışlarda iştirakının dəstəklənməsi prioritetlərdən biridir.

Prezident İlham Əliyev gənclərin sağlam yaşam tərzini seçməsi üçün idmana olan marağı artırmağı məqsəd qoyub. Bu çərçivədə, müxtəlif idman infrastrukturlarının yaradılması, idman komplekslərinin modernləşdirilməsi və yeni idman obyektlərinin inşası həyata keçirilmişdir. 2022-ci ildən etibarən keçirilən idman tədbirləri, gənc idmançıların yetişməsi və onların beynəlxalq arenada mükafatlar qazanması üçün geniş imkanlar təqdim edir”.

Həmsöhbətimiz vurğulayıb ki, eyni zamanda, dövlət başçısı gəncləri idmana təşviq edən sitimullarla da çıxış edir:

“Məsələn, prezidentin imzaladığı sərəncamlarla gənc idmançılara mükafatların verilməsi, idman təhsili və təlimləri üçün xüsusi proqramların hazırlanması, gənclərin idman fəaliyyətinə daha geniş cəlb olunmasını təmin edir. Bu təşəbbüslər gənclərin idman sahəsindəki müvəffəqiyyətlərini artırır və onların sağlam həyat tərzini seçmələrinə yardım edir. Azərbaycan Prezidenti gənclərin idmanla bağlı yaratdığı bu imkanlarla, ölkənin gələcək idmançılarını yetişdirmək və beynəlxalq səviyyədə uğurlarını artırmaq məqsədini güdür".

Nuriyyə Musayeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Fevral 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri