Icma.az
close
up
RU
Dövlətin öz ana dilinin cəmiyyət tərəfindən mənimsənilməsi zəruridir ŞƏRH

Dövlətin öz ana dilinin cəmiyyət tərəfindən mənimsənilməsi zəruridir ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

"Hər bir dövlətin öz ana dilinin cəmiyyət tərəfindən mənimsənilməsi, qayğısına qalması zəruridir. Bu, hər bir dövlətin identikliyini, yəni özünə məxsusluğunu müəyyən edən çox vacib tələbdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.Onun sözlərinə görə, Gürcüstanda hakimiyyətin, dövlətin dili olaraq gürcü dilinin mənimsənilməsi yönümündə atdığı addımlar və qoyduğu tələblər başa düşüləndir: "Ancaq nəzərə almaq lazımdır ki, Gürcüstanda qoyulan bu tədbirin orada yaşayan azərbaycanlılar üçün mənfi təsiri nisbətən az ola bilər. Əgər mənfi təsiri olacaqsa, bunun ən az hissəsi azərbaycanlıların payına düşə bilər. Niyə? Çünki azərbaycanlılar orada toplum halında yaşayırlar, özü də neçə yüz illərdir ki, gürcülərin içindədirlər.Necə ki, Azərbaycanda, xüsusilə şimal-qərb bölgələrimizdəki gürcü kəndlərində yaşayan insanlar azərbaycan dilini bilirlərsə, eyni birgə yaşayış nəticəsində Gürcüstandakı azərbaycanlılar da çox güman ki, gürcü dilini azı danışıq səviyyəsində bilirlər. Hələ mən demirəm ki, həmin bölgələrdəki orta məktəblərdə bəzi hallarda gürcü dili də tədris olunur. Buna görə də Gürcüstanda yaşayan azərbaycanlıların gürcü dili ilə bağlı çox ciddi problemlərinin olacağını düşünmürəm. Çünki bu ölkənin vətəndaşı kimi onlar bu dilin müəyyən səviyyədə mənimsənilməsində indiyədək imkanlı olublar. Həm də tələbat da var ki, orada yaşayan azərbaycanlılar gürcü dilini öyrənsinlər. Çünki əgər həmin cəmiyyətdə yaşayıb, orada özlərinə karyera qurmaq istəyirlərsə, mütləq dövlətin hakim xalqının dilini öyrənməkdə maraqlı olmalıdırlar.Amma konkret deyə bilərəm ki, bu yeni qaydanın tətbiqi Gürcüstandakı azərbaycanlılara o qədər də mənfi təsir etməyəcək. Lakin Gürcüstan azərbaycanlılarının ümumilikdə problemləri var və bu problemlər hələ də həll olunmur. Çox təəssüf ki, nə Gürcüstan hakimiyyəti, nə də başqa dəstəklər bu məsələlərlə yetərincə maraqlanmır. Dil baxımından isə, Gürcüstandakı azərbaycanlıların çox ciddi çətinliklərlə üzləşəcəyi gözlənilmir. Hərçənd ki, ana dilində məktəb, dərslik və digər təhsil məsələləri ilə bağlı problemlər mövcuddur, amma dövlətin qoyduğu dil tələbləri baxımından onlar ciddi problem yaşamayacaqlar".

Müəllif: Ziya Hikmətoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri