Icma.az
close
up
RU
Dövlətin və cəmiyyətin birgə MƏSULİYYƏTİ Milli kimliyin qorunmasında Ana dilinin ROLU

Dövlətin və cəmiyyətin birgə MƏSULİYYƏTİ Milli kimliyin qorunmasında Ana dilinin ROLU

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Dövlət başçısı çıxışında Azərbaycan elminin inkişafı istiqamətində görülən tədbirlərdən, o cümlədən gələcək hədəflərdən söz açıb.
 

MÖVZU İLƏ BAĞLI:
Prezident: “Bizim dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur”


İlham Əliyev çıxışında Azərbaycan dilinin qorunması məsələsinə xüsusi diqqət çəkib:
“Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər”, - deyə Prezident vurğulayıb.
Dövlət başçısı dilimizi kənar kəlmələrdən qorumağın önəmini xüsusi qeyd edib.
Bəs Ana dilimizin qorunması  üçün hansı zəruri  addımlar atılmalıdır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimova Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycan dilinin qorunması həm dövlət, həm də cəmiyyət səviyyəsində aparılmalı olan çoxşaxəli bir prosesdir:
“Bu məsələni yalnız bir istiqamətdə deyil, kompleks şəkildə həll etmək lazımdır. Dövlət səviyyəsində tədbirlər planı hazırlanmalı, elm, texnologiya, hüquq, tibb və digər sahələrdə Azərbaycan dilinə uyğun terminlər yaradılmalı və standartlaşdırılmalıdır”, - deyə deputat qeyd edib.
“Əsas yük təhsil sisteminin üzərinə düşür”
Millət vəkilinin sözlərinə görə, medianın və reklam sahəsinin rolu da bu prosesdə mühümdür:
“Televiziya, radio, internet resursları və küçə reklamlarında dil normalarına ciddi nəzarət olunmalıdır. Bununla yanaşı, Azərbaycan dilinin süni intellekt, mobil tətbiqlər və axtarış sistemlərində geniş dəstəklənməsi üçün texnoloji layihələrə sərmayə qoyulmalıdır”,  - deyə millət vəkili bildirib.
Deputat hesab edir ki, dilin qorunması sahəsində əsas yük təhsil sisteminin üzərinə düşür:

“Azərbaycan dili və ədəbiyyatı dərslərində müasir, interaktiv tədris metodlarının tətbiqi, müəllimlərin peşəkar inkişaf proqramları ilə təmin edilməsi vacibdir. Eyni zamanda, dilin tarixi, dialektləri və müasir inkişafı ilə bağlı elmi tədqiqatlar dərinləşdirilməlidir”,  - deyə diqqətə çatdırıb.
Ana dilimizin qorunmasında ictimai maarifləndirmənin önəmi
Elnarə Akimova bildirib ki, ictimai maarifləndirmə də bu istiqamətdə mühüm rol oynayır:
“Dil mədəniyyətinin təbliği məqsədilə sosial kampaniyalar, televiziya verilişləri, sosial media layihələri, yazı müsabiqələri və gənclər üçün dil forumları təşkil olunmalıdır. Ən əsası isə hər kəs gündəlik ünsiyyətdə ana dilinə hörmətlə yanaşmalı, yad sözlərin yersiz istifadəsindən çəkinməlidir”.
Deputatın fikrincə, bu istiqamətdə ardıcıl və sistemli addımlar atılarsa, Azərbaycan dili təkcə milli kimliyin deyil, həm də müasir texnoloji dövrün aparıcı dəyərlərindən birinə çevriləcək.
Aygün Hüseyn, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Noyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see251

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see236

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see189

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see154

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see148

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri