Icma.az
close
up
RU
“Dövlətin sosial müdafiə sistemi çoxsəviyyəli mexanizmlərdən ibarətdir”

“Dövlətin sosial müdafiə sistemi çoxsəviyyəli mexanizmlərdən ibarətdir”

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

“Keçmiş məcburi köçkünlərin sosial təminatının daha da gücləndirilməsi hər zaman Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas priortitetlərindən olub. Son 30 ildə məcburi köçkünlərin mənzil təminatı və eləcə də sosial qayğının daha da gücləndirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi həyata keçirilən siyasətin əsas istiqamətlərindən olub”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

V.Bayramov diqqətə çatdırıb ki, Vətən müharibəsində əldə edilən zəfərdən sonra keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi üçün dövlət büdcəsindən 1 milyard 654 milyon manat ayrılıb: “Belə ki, bu istiqamətə dövlət büdcəsindən 2021-ci ildə 354.4 milyon manat, 2022-ci ildə 364,9 milyon manat , 2023-cü ildə 353.9 milyon manat, 2024-cü ildə 329,2 milyon manat, 2025-ci ildə isə 252.0 milyon manat xərclənmişdir. 2026-ci ildə isə daha 280 milyon manatın ayrılması həyata keçirilməkdədir. Yalnız Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması üçün 2 milyard 702 milyon manat vəsait ayrılıb. Bu Neft Fondunun büdcə transferlərindən kənar ayırdığı 13 maliyyələşmə istiqaməti üzrə ən böyük xərc maddəsidir. Göründüyü kimi, ölkəmizdə xüsusi sosial həssaslıq nümayiş etdirilərək məcburi köçkün ailələri uzun illər dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub”.

Onun sözlərinə görə, qanunvericiliyə təklif edilən yeni dəyişikliklər keçmiş məcburi köçkün ailələri üçün sosial təminat tədbirlərinin davam etdiriləcəyini bir daha təsdiq edir: “Belə ki, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıtdıqdan sonrakı 3 il müddətində sosial təminat proqramlarından yararlana biləcəklər. Bu o deməkdir ki, bir tərəfdən həmin vətəndaşlarımız dövlət vəsaiti hesabına mənzil ilə təmin ediləcəklər, digər tərəfdən isə sosial qayğı ilə əhatə olunacaqlar. Təhsil alan şəxslər üçün təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi təhsil müddətinin sonunadək davam etdiriləcək. Bu, eyni zamanda, həmin vətəndaşlarımızın sosial inteqrasiyasını daha da gücləndirəcək. Hazırda 85 mindən çox vətəndaşımız işğaldan azad olunan ərazilərimizdə məksunlaşıb, yaşayır, təhsil alır və çalışır. Bu baxımdan, məskunlaşan keçmiş məcburi köçkünlər sosial interqasiya nəticəsində cəmiyyətin inkişafında daha fəal iştirak edə biləcəklər. Zəfərdən sonra keçən qısa müddətdə isə işğaldan azad olunan ərazilərimizdə 85 mindən çox vətəndaşımızın məskunlaşması, işləməsi və təhsil alması isə Azərbaycanın gücünü bir daha təsdiq edir”
O həmçinin bildirib ki, yeni dəyişikliklərdə mühüm məqamlardan biri də mənzil hüququnun təsbit edilməsidir: “Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri kimi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək istifadəyə verilib. Bu 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılması deməkdir. Artıq 35 mindən çox keçmiş məcburi köçkün geri qayıdıb və dövlət tərəfindən mənzil ilə təmin edilib. Yeni dəyişiklik həmin vətəndaşlarımızın mənzil hüququnun təsbit edilməsinə və bu sahədə hüquqi bazanın güclənməsinə imkan verəcək. Bu, o deməkdir ki, keçmiş məcburi köçkünlərə işğaldan azad edilmiş ərazilərdə verilən yaşayış sahəsi dərhal onların mülkiyyətinə veriləcək”.
Deputat əlavə edib ki, göründüyü kimi, dövlətin sosial müdafiə sistemi tək bir statusa bağlı deyil, çoxsəviyyəli mexanizmlərdən ibarətdir: “Buraya ünvanlı sosial yardım, məşğulluq proqramları, mənzil təminatı, təhsil və səhiyyə dəstəyi, reabilitasiya və sosial inteqrasiya proqramları da daxildir. Hər bir Azərbaycan vətəndaşı kimi keçmiş məcburi köçkünlər də həmin proqramlardan sıx şəkildə istifadə edirlər və bu imkan daha da genişlənəcək. Bütün bunlar bir daha təsdiq edir ki, qanunvericiliyə təklif edilən son dəyişikliklər keçmiş məcburi köçkünlərin sosial təminatının daha gücləndirilməsi ilə bağlı siyasətin davam etdiriləcəyinə və mülkiyyət hüquqlarının tanınması da daxil olmaqla həmin vətəndaşlarımızın sosial inteqrasiyasını sürətləndirəcək”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 İyun 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see461

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see395

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see370

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see367

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see325

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see324

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see321

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see317

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see304

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see293

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see288

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see278

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see276

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see267

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see265

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see261

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see260

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri