Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Sosial dövlətin təminatı

Sosial dövlətin təminatı

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026-cı ilin dövlət büdcəsinin xərclərinin 41 faizi sosialyönümlüdür

Azərbaycan hökumətinin əvvəlki illərdə təmin etdiyi büdcə strategiyasına uyğun olaraq növbəti ilin büdcə sənədinin əsas prioriteti yenə də sosialyönümlülüyün qorunub saxlanmasından ibarətdir. 2026-cı ildə dövlət büdcəsinin xərcləri 41,7 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci illə müqayisədə 296 milyon manat və ya 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3 milyard 990 milyon manat və ya 10,6 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 31,1 faiz təşkil edəcək. Növbəti ilin dövlət büdcəsi xərclərinin strukturunda cari xərclər 60,3 faiz və ya 25 milyard 161,2 milyon manat, əsaslı xərclər isə 33,8 faiz və ya 14 milyard 084,8 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər 5,9 faiz və ya 2 milyard 457,6 milyon manat təşkil edəcək. Cari xərclərinin 88,1 faizi qeyri neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanacaq ki, bu da 2025-ci illə müqayisədə 7,1 faiz-bənd çoxdur.

Büdcənin 41,7 milyard manat xərc portfelinin 17 milyard 145,5 milyon manatı və ya 41,1 faizi birbaşa sosialyönümlü xərclərdir ki, bu da 2025-ci illə müqayisədə 213,4 milyon manat və ya 1,3 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 2 milyard 492,8 milyon manat və ya 17 faiz çoxdur. 2022-ci illə müqayisədə isə sosialyönümlü xərclərin çəkisi 2026-cı ilə nəzərən 5,5 milyard manat və ya 48,1 faiz artıb. Sosialyönümlü xərclərin strukturuna əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər və digər sosial dəstək tədbirləri aiddir.

Əməyin ödənişinə 10,2 milyard, sosial müdafiəyə 4,9 milyard manat xərclənəcək

İqtisadi təsnifata uyğun olaraq 2026-cı il dövlət büdcəsində əməyin ödənişi xərclərinə 10 milyard 247,6 milyon manat vəsait ayrılacq ki, bu da 2025-ci illə müqayisədə 524,7 milyon manat və ya 5,4 faiz çoxdur.  Sösialyönümlü xərclərin tərkibində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən təminat xərcləri isə, 9 milyard manat vəsait nəzərdə tutulub. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-ci ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2026-cı ilin dövlət büdcəsinin layihəsində 2 milyar 750,9 milyon manat vəsait nəzərdə tutulub. Yaşa, əlilliyə, ailə başçısını itirməyə və digər sosial müavinətlərin və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin maliyyələşdirilməsi üçün 2 milyard 144,7 milyon manat (2025-ci ilə nisbətən 201,8 milyon manat və ya 10,4 faiz çox), ünvanlı dövlət sosial yardımlarının verilməsi üçün 465 milyon manat, haqqı ödənilən ictimai işlərlə bağlı xərclər üçün 141,2 milyon manat vəsait proqnozlaşdırılıb.

Keçmiş məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 285 milyon manat, o cümlədən vahid aylıq müavinətin verilməsi üçün 252 milyon manat, kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün 17,5 milyon manat, digər tədbirlər üçün isə 15,5 milyon manat vəsait nəzərdə tutulur.

Təhsil və elm xərclərinin payı büdcədə 12 faiz təşkil edəcək

Sosialyönümlü xərclərin strukturunda mühüm yer tutan sahələrdən biri kimi təhsil və elm xərclərinə ayrılan vəsait 5,2 milyard manat nəzərdə tutulub. Bu, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur. Ortamüddətli büdcə dövrü, yəni 2022-ci illə müqayisədə 2026-cı ildə təhsil və elm xərcləri 36 faiz artmış olur. Həmin xərclərin ÜDM-də xüsusi çəkisi 3,7 faiz, dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi isə 12 faiz (2025-ci illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edəcək.

Təhsil xərc bölməsi üzrə proqnozlaşdırılan vəsaitin 2 milyard 414,8 milyon manatı və ya 48,1 faizi ümumi təhsil xərclərinə, 796,1 milyon manatı və ya 15,9 faizi ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə, 468,2 milyon manatı və ya 9,3 faizi məktəbəqədər təhsil xərclərinə, 94,2 milyon manatı və ya 1,9 faizi orta ixtisas təhsili xərclərinə, 105,5 milyon manatı və ya 2,1 faizi peşə təhsili xərclərinə, 97,1 milyon manatı və ya 1,9 faizi məktəbdənkənar təhsil müəssisələrinin (idman məktəbləri və s.) xərclərinə, 28,2 milyon manatı və ya 0,6 faizi əlavə təhsil və tətbiqi tədqiqatlara, 1011,8 milyon manatı və ya 20,2 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər üçün nəzərdə tutulub. Növbəti ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsil alanların sayı 150 min nəfərə, təqaüd alanların sayı isə 121 min nəfərə çatacaq. Gələn il əlilliyi olan, valideyn himayəsindən məhrum olmuş, şəhid ailələri və müharibə veteranı statusu almış güzəştli kateqoriyaya aid olan 18,5 min tələbənin təhsil və təqaüd xərcləri üçün 42 milyon manat vəsait proqnozlaşdırılıb.

Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə təhsil tələbə kreditinin verilməsi və təhsil sahəsində rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması və tətbiqi üçün növbəti ilin dövlət büdcəsində 15 milyon manat vəsait nəzərdə tutulmuşdur. Əvvəlki illərdə ayrılmış vəsaitlər də nəzərə alındıqda, ümumilikdə, Təhsil Tələbə Kredit Fondunun resurs zərfi 141 milyon manat təşkil edəcək.

Səhiyyə sahəsinə ayrılan vəsait 227 milyon manat çoxaldılır

Gələn ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait ayrılacaqki, bu da 2025-ci illə müqayisədə 30,7 milyon manat və ya 1,5 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 195,5 milyon manat və ya 10,7 faiz çoxdur.

Səhiyyə xərcləri ümumi büdcə xərclərinin 4,9 faizini təşkil edir. Bütövlükdə gələn il icmal büdcə də daxil olmaqla, səhiyyə xərclərinə cəmi 3,7 milyard manat vəsait ayrılacaq ki, bu da 2025-ci ilə nisbətən 227 milyon manat və ya 6,4 faiz çoxdur. Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 900 milyon manatı və ya 44,6 faizi əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması üzrə xərclərə yönəldiləcək.

Sosial Müdafiə Fondunun xərcləri 8 milyard manatı ötəcək

Sosial xərclərin mühüm bir hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xəttilə maliyyələşdirilir. Gələn il üçün Fondun büdcə xərclərinin 8 milyard 483 milyon 70 min manat proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 10,5 faiz və ya 806,6 milyon manat çoxdur. “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinə əsasən Fondun gəlirlərinin 6 milyard 591 milyon manatının, yaxud 79,2 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması nəzərdə tutulub. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 68 faizi qeyri-büdcə sektorunun, 32 faizi isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək.

Yeri gəlmişkən, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsində 1 milyard 700 milyon manat vəsait transfert nəzərdə tutulub ki, bu da 2025-ci illə müqayisədə 100 milyon manat və ya 6,3 faiz çoxdur. Beləliklə, gələn il Sosial Müdafiə Fondunun büdcə xərcləri artmaqla dayanıqlı büdcə xərc təminatı formalaşacaq. Fondun xərclərinin 96,6 faizi və ya 8,2 milyard manatı əhaliyə ödənişlər təşkil edəcək ki, bu, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür. 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9 faiz artımla nəzərdə tutulub.

Əmək pensiyalarının orta aylıq məbləğinin 2026-cı ildə isə 590 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576 manatdan 53 manat artaraq 629 manata yüksəlməsi fərz edilir.

ELBRUS CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Noyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see394

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see203

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see173

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see145

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see145

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri