Dövlətin vəzifəsi sahibkarlığın inkişafı üçün əlverişli mühit yaratmaqdır
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Türkiyənin aparıcı sənaye və biznes qurumlarından biri olan Koç Holdinqin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlər özəl sektorun dövlət və cəmiyyət həyatındakı strateji rolunu bir daha nümayiş etdirdi. Bir əsrlik fəaliyyət yolu göstərir ki, güclü dövlət yalnız güclü siyasi institutlarla deyil, həm də güclü milli şirkətlərlə formalaşır".
Newscenter.az xəbər verir ki, bunları hüquq elmləri doktoru Səftər Rəhimli deyib. Onun sözlərinə görə, dövlətin vəzifəsi sahibkarlığın inkişafı üçün əlverişli mühit yaratmaq, yeni yaranan müəssisələri, innovativ təşəbbüsləri və uğurlu gəncləri dəstəkləməkdir. İş dünyası təkcə iqtisadi deyil, eyni zamanda mədəniyyət, elm, sosial məsuliyyət və milli inkişaf platformasına çevrilməlidir:
"Sağlam rəqabət mühiti isə həm dövlətin, həm də biznesin uzunmüddətli uğurunun əsas şərtidir".
Səftər Rəhimlinin qənaətincə, Koç Holdinqin 100 illik təcrübəsi göstərir ki, milli kapitalın güclənməsi ölkənin beynəlxalq nüfuzunu və iqtisadi müstəqilliyini artırır:
"Arzum budur ki, Azərbaycanda da belə uzunömürlü, qlobal miqyasda rəqabətqabiliyyətli holdinqlər formalaşsın, dövlət-biznes əməkdaşlığı daha da möhkəmlənsin və özəl sektor milli inkişafın aparıcı qüvvələrindən birinə çevrilsin.
Koç Holdinqi 100 illik yubileyi münasibətilə təbrik edir, fəaliyyətində yeni uğurlar arzulayırıq".
Süleyman
Bu mövzuda digər xəbərlər:Kəlbəcərdə sahibkarlığın inkişafı üçün əlverişli imkanlar yaradılır Foto
11 Dekabr 2024 14:50
Fərid Hacıyev: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün daha əlverişli mühit yaradılıb
09 Oktyabr 2025 10:58
Yatağı dərhal düzəltmək yorğan altında mikrobların inkişafı üçün əlverişli mühit yaradır
08 İyul 2025 11:04
Sahibkarlığın inkişafı üçün!
09 Yanvar 2025 08:50
Sahibkarlığın inkişafı üçün...
05 İyul 2025 09:54
Baxış sayı:85
Bu xəbər 06 İyun 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















