Icma.az
close
up
RU
Fərid Hacıyev: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün daha əlverişli mühit yaradılıb

Fərid Hacıyev: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün daha əlverişli mühit yaradılıb

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Dövlət başçısının xüsusi vurğuladığı strateji xətt çərçivəsində etibarlı kibertəhlükəsizlik sistemi formalaşdırılır və milli məlumat infrastrukturunun mühafizəsi istiqamətində addımlar atılır".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin aparat rəhbəri Fərid Hacıyev "CIDC 2025 - Critical Infrastructure Defence Challenge" kibertəhlükəsizlik festivalının açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tədbirin artıq ikinci dəfə keçirilməsi onu göstərir ki, Azərbaycan innovasiyalar sahəsində sürətlə inkişaf edir və rəqəmsal təhlükəsizlik məsələlərinə ciddi önəm verir:

"Tədbir çərçivəsində iştirakçılar arasında təcrübə mübadiləsi aparılır, yeni texnoloji həllər təqdim olunur və rəqəmsal məkanın qorunması məsələləri müzakirə edilir. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdikdən sonra ölkəyə qarşı yeni tipli kibertəhdidlər artıb. Bunun qarşısını almaq məqsədilə Milli Məclis müvafiq qanunvericilik təşəbbüsləri ilə çıxış edib, informasiya təhlükəsizliyi ilə bağlı qanunlara dəyişikliklər edilərək kritik informasiya infrastrukturunun qorunmasına dair anlayışlar və məsuliyyətlər müəyyən olunub".

"Eyni zamanda, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şəxslər üçün vergi güzəştləri tətbiq edilib, ölkədə innovasiyalara əsaslanan rəqəmsal iqtisadiyyatın inkişafı üçün daha əlverişli mühit yaradılıb. İnformasiya təhlükəsizliyi, innovasiya potensialı və beynəlxalq əməkdaşlıq çərçivəsində atılan addımlar Azərbaycanın rəqəmsal müstəqilliyini möhkəmləndirəcək və ölkənin gələcək inkişafına töhfə verəcək", - deyə aparat rəhbəri əlavə edib.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri