Icma.az
close
up
RU
Dövlətinə və millətinə bağlı siyasət adamı

Dövlətinə və millətinə bağlı siyasət adamı

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Yanvarın 29-da millət vəkili, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının (keçmiş adı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyas) qurucusu və sədri Qüdrət Həsənquliyevin doğum günü, 60 illik yubileyidir.

Milli Azadlıq Hərəkatının fəallarından olmuş, tələbə hərəkatının üzvü kimi milli oyanışımızda, müstəqillik və suverenlik uğrunda mübarizədə daim ön sıralarda olmuş Qüdrət Həsənquliyevlə şəxsən tanışlığımızın tarixi üçüncü onilliyə çatmaq üzrədir. Bu müddətdə siyasətçi-jurnalist münasibətləri dostluğa çevrilib. Parlament fəaliyyətini işıqlandıran media mənsublarının əksəriyyəti mənim fikirlərimlə razılaşar. Təsadüfi deyil ki, Parlament Jurnalistləri Birliyi (PJB) tərəfindən keçirilən sorğularda Qüdrət Həsənquliyev böyük etimad göstərilən millət vəkillərindən olub. 2004-cü ildə təqdim olunan “İlin Ən fəal millət vəkili” nominasiyası üzrə “Mütərəqqi ideyalar müəllifi” mükafatı ilə təltif edilib. Həmçinin 2005, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014,2015,2016, 2017-ci illərdə Parlament Jurnalistləri Birliyi tərəfindən müxtəlif mətbuat orqanlarının nümayəndələri arasında keçirilən sorğuda o, ilin ən fəal beş millət vəkillərindən biri olaraq seçilib. Qüdrət bəy Milli Məclisin komitə və plenar iclaslarında fəallığı, aktual mövzularla bağlı etdiyi çıxışları, dövlət və ümumxalq əhəmiyyətli məsələlərə, seçiciləri narahat edən mövzulara diqqət çəkməsi ilə fərqlənən millət vəkillərindəndir. 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən parlament seçkilərində parlamentə üzv seçilən Qüdrət Həsənquliyev ali qanunverici orqanda müzakirəyə çıxarılan qanun layihələri ilə bağlı təcrübəli və peşəkar hüquqşünas olaraq mövqeyini ifadə edib, qanunlarımızın daha da təkmiləşdirilməsində, hüquqi dövlət quruculuğunda faydalı mövqeləri ilə seçilib. Onun qanun layihələrinin müzakirələrində və cari məsələlər zamanı aktivliyi parlament rəhbərliyi tərəfindən də təqdir olunur, çünki qanunvericiliyin təkmilləşdirilməsi sahəsində inkişaf həm də peşəkarların iştirakı ilə aparılan müzakirələrin gedişində əldə olunur.

2003-cü ildən bəri ölkəmizdə keçirilən prezident seçkilərində ümumxalq və dövlət əhəmiyyətli təşəbbüsləri, təklifləri, çıxışları ilə də rəğbət qazanıb. Azərbaycanın adının “Şimali Azərbaycan” adlandırılması, ölkəmizin inzibati bölgüsünün 15 region üzrə həyata keçirilməsi, bir sıra iri şirkətlərin özəlləşdirilməsi ilə bağlı addımların atılmasını, peşəkar orduya keçidi və digər mühüm məsələlərlə bağlı təşəbbüsləri zaman-zaman dilə gətirən Qüdrət bəy vaxtaşırı əfv və amnistiya zərurəti ilə bağlı da təkliflər irəli sürüb. Ölkə Prezidenti bir neçə dəfə bildirib ki, fəaliyyəti dövründə prezident seçkilərində namizəd olmuş iddialıların təklifləri də nəzərə alınacaq. Qüdrət Həsənquliyev müxalifət partiyasının rəhbəri olsa da, ölkəmizin milli maraqlarının tələb etdiyi zaman birlik nümunəsini tərəddüd etmədən ortaya qoyan əsl vətəndaşdır. Bu kimi faktların özü onun dövlətə, millətə bağlı bir siyasət adamı olduğuna, ölkəmizin maraqlarını hər şeydən uca tutduğuna qəti şübhə yeri qoymur. Təsadüfi deyil ki, Azərbaycanda onun iştirakı ilə keçirilən prezident seçkilərindən sonra rəqibini-dövlətimizin başçısını təbrik etməkdən çəkinməyib, onun və digər iddialıların da bu siyasi mədəniyyət nümunəsi ölkə Prezidenti tərəfindən şəxsən yüksək qiymətləndirilib.

Sonuncu parlament seçkilərində mən bir vətəndaş kimi, yaşadığım dairədə heç bir tərəddüd etmədən seçicisi olduğum Qüdrət bəyə səs vermişəm. Tanıdığım, səriştəsinə bələd olduğum, dövlətə, öz xalqına bağlı, peşəkar siyasət adamının seçicilərinə sayğılı olduğuna da zərrə qədər şübhəm yoxdur. Əslində Qüdrət bəy o deputatlardandır ki, onun üçün seçki dairəsi anlayışı yoxdur, müraciət edən istənilən vətəndaşın yanında olmağı bacaran şəxsdir.

Qüdrət bəy mətbuata açıq siyasətçilərindən biri olduğu üçün onunla danışmaq, önəmli məsələlərlə bağlı açıqlamalar almaq çətin deyil.

"Yeni Müsavat" Media Qrupunun parlament müxbiri olaraq ondan dəfələrlə ölkəmizdəki hüquqi islahatlar, ərazi bütövlüyümüz və suverenliyimizin təmin olunması, həmçinin digər önəmli mövzularla bağlı geniş müsahibələrimiz olub. Yeri gəlmişkən, ixtisasca hüquqşünas olan və Konstitusiyanın, həmçinin qanunvericilik bazasının bilicilərindən olan Qüdrət bəyin 60 illik yubileyi həm əlamətdar bir dövrə təsadüf edir. Cənab Prezidentin Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Çox güman ki, bu il hüquqi islahatlarla bağlı elə Qüdrət bəyin də arzuladığı kimi, digər önəmli addımlar atılacaq.

Dəyərli millət vəkili, peşəkar hüquqşünas və siyasətçi, nümunəvi ailə başçısı və səmimi dostumuz olan Qüdrət bəyi ömrünün 60 illiyi münasibətilə təbrik edir, sağlam, uzun ömür, şəxsi həyatında və ictimai-siyasi fəaliyyətində daha böyük uğurlar arzulayıram.

Hörmətlə: Elşad Paşasoy, jurnalist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Yanvar 2025 00:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri