Icma.az
close
up
RU
Azərbaycan gənci dövlətinə, xalqına, millətinə, torpağına bağlıdır

Azərbaycan gənci dövlətinə, xalqına, millətinə, torpağına bağlıdır

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

1997-ci ildən 2 fevral tarixi ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. 2 feval tarixinin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyulub. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıb. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss ediblər.

1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilib. 1997-ci ildən Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanıb.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb.

Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) "Gənclər ili" elan edilməsində də göstərdi. 2007-ci ildə prezident İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam imzaladı.

Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu.

Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gənclər Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadaır.

Politoloq Azər Qasimov mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə deyib ki, gənclik- insanın ən aktiv, həyat sevgisi ilə dolu, yaşamaq həvəsi, yaratmaq-qurmaq istəyi ilə zəngin bir dövrü anlamına gəlir. Bununla yanaşı vətənpərvərlik hissinin ən güclü olduğu bir dövrdür. Gənclik-dövlətin öz gələcəyi baxımından ən çox iddialı təbəqəsidir. Gəncliyi əhalinin çox faizini təşkil edən dövlətlər gənc dövlətlər hesab edilirlər. Bu dövlətlərin gələcəyi də ümidli olur. Gənclik dövlətin inkişafı, idarəçiliyinin gələcəyi baxımından perspektivli, siyasi arenada iddialı, iqtisadi sferada qabaqcıl olma ehtimalı böyük və ən əsası müfafiə sahəsində özünə əmin olması deməkdir. Göründüyü kimi gənclik dövlətin əsas sütunlarının mənəvi dəstəyi, dövlətin uzunömürlülük atributudur. Dövlətin gənclik siyasətinin doğru qurulması bu prinsiplərin həyata keçirilməsi baxımından vacib məsələdir. Dövlət öz gəncliyini özü yetişdirir və özü formalaşdırır. Doğru formalaşmış gənclik dövlətin gələcəyinin əsasını təşkil edir. Onun strukturlarının formalaşmasını təmin edir. Dövlətin müdafiəsi bilavasitə gəncliklə bağlı olur. Gənclik ideoloji olaraq elə formalaşmalıdır ki, dövlət öz gələcək məqsədlərini bunun üzərində rahat şəkildə qura bilsin: “Qeyd edilənləri əsas götürərək gənc nəslin formalaşmasında dövlətin mahiyyəti tək onlara vətəndaş gözü ilə baxmaqla kifayət etmir. Gənclik vətəndaş anlayışının ikiqatı bir anlayışdır. Çünki gənclik dövlətin indiki və gələcək sütunudur. Ona görə də dövlət gəncliyə xüsusi hörmət və həssaslıqla yanaşmalıdır. Gənclik dövlətin qayğısını öz üzərinə həmişə hiss etməlidir.

Gəncliyin formalaşması prosesini dövlət özünün milli ideologiyasına uyğun təşkil etməlidir. Milli ideologiya ilə "silahlanmış" gənclik dövlətin bütün sahədə inkişafına zəmin yaratmış olur. Kənar təsirlərə qarşı dözümlü və mübariz olur.

Azərbaycan dövlətinin gənc nəslin formalaşması və ölkənin inkişafındakı rolu göz qabağındadır. Gənc nəslin fəaliyyəti daim dövlətin nəzarətindədir. Təhsilin gənclərin həyatındakı rolunun başlıca rol oynadığını nəzərə alaraq ilk növbədə təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar mövcuddur. İstər ölkə, istərsə də ölkə xaricində gənclərin təhsil alması üçün geniş perspektivlər yaradılır. Təbii ki, çatışmazlıqlar olsa da, bunun aradan qaldırılması üçün addımlar atılır”.

A.Qasımovun fikrincə, gəncliklə əlaqəli fikir mübadiləsi aparıldıqda çalışmaq lazımdır ki, məsələyə pozitiv tərəfdən yanaşma tərzi olsun. Məsələ ondadır ki, neqativ hallar və ya çatışmazlıqlar, xoşagəlməz halların mövcudluğunu kimsə danmır və bunun üstündən keçmək istəmir. Dərinə gedilsə bir sıra neqativ halların olmasını təbii ki, qeyd etmək olar. Bura təhsil sisteminin keyfiyyətinin istənilən səviyyədə olmamasından tutmuş, gənclərin işlə təminatı və s. məsələlərə kimi. Amma bütün bunlara baxmadan ölkədə gəncliyin böyük hissəsinin həyat şərtləri ilə mübarizədə özünə layiqli yer etməsi, öz bilik və bacarığı sayəsində irəli yerlərə gəlməsi faktları da çoxdur. Dövlət təbii ki, tək bir hissə gənclərin yox, bütün gəncliyin arxasında olmalıdır: “Hesab edirəm ki, bu məsələdə dövlət böyük uğur əldə edə bilib. Məsələ ordunun özəyini təşkil edən gəncliyin iğid və qəhrəman kimi 44 günlük müharibə dövründəki fəaliyyətidir. Azərbaycan dövləti və xalqı bu gəncliyin sayəsində öz ərazilərini işğaldan azad etdi, bütün torpaqlarında suverenliyini bərpa etdi. İndi də bu ordunun gücünə arxayın olan Azərbaycan dövləti öz rəqiblərinə qarşı dövlətimizin mənafeyini qorumaq üçün iddialı addımlar atır və bundan sonra da atmağı planlaşdırır. Bunların hamısı dövlətin vətənə və dövlətə bağlı gənclər yetişdirməsi siyasətinin uğurlu nəticəsi idi.

Gənclərimizin idman sahəsindəki uğurları həmişə qürür yerimiz olub. İstər intellektual, istər, fərdi və qrup şəklində idman növlərindəki uğurlar gənc nəslin sağlam ruhda böyüdüyünün bariz nümunəsidir. Azərbaycan gənclərinin idmandakı uğurları xüsusi yer tutur. Azərbaycan bayrağının olimpiada və digər idman yarışlarında ucaldılması mərasimi xüsusi qürurverici hallardır. Bunun mənəvi mənası və dəyəri gənc nəsil üçün örnək mənbəyidir”.

O, qeyd edib ki, müasir gəncliyin dini baxışlarının formalaşması da dövlət üçün vacib məsələlərdən biridir. Din anlayışının müasir dövrümüzdə tək ənənəvi mənasından kənara çıxaraq siyasiləşməsi faktları xüsusi narahatlıq doğurur. Yanlış təbliğat gənclərin öz dövlətinə üz döndərməsinə belə gətirib çıxarır. Məkrli və qərəzli qonşu dövlətlər Azərbaycan dövlətinə dini baxışlar üzərindən gənclərin beyninə uzun müddət yanlış ideololigiya yeritməyə qismən nail olublar. Bu, hətta, öz dövlətinə düşmənçilik həddinə belə gəlib çıxıb. Dövlətimizin dini siyasəti həmişə tolerant olub. Azərbaycanda heç bir dinin daşıyıcısının fəaliyyəti, öz dininə sitayişi və ideologiyası qadağan olunmayıb. Bundan istifadə edən müxtəlif təriqət, sekta və bu kimi dini qruplar ölkənin gəncliyinə sözün əsl mənasında qara yara kimi hücum etmək cəhdləri edib, hətta müəyyən mənada da buna nail olublar. Amma Azərbaycan dövləti öz gəncliyinin müdafiəsinə qalxıb dini siyasi silah kimi istifadə etməyə cəhd edənlərin başını vaxtında əzə bildi. Artıq onlar nəzarət altındadırlar və yeni bu kimi fəaliyyətlərin qarşısı kəsinliklə alınır: “Azərbaycan gəncliyi öz dininə, İslamiyyətə bağlı gənclikdir. Vətən torpaqlarının işğaldan azad edilməsi zamanı da bunun şahidi olduq. Qələbəmizi gətirən faktorlardan birinin gənc əsgərlərimizin əsl İslama xidmət etməsinin gətirdiyi amil olduğu danılmazdır. Bu da Azərbaycan dövlətinin ordu quruculuğu sahəsindəki uğurlarının başlıca amili idi.

Gənc nəslin müasir dünyada mövcud olan mənfi tendensiyalardan, narkotik aludəçiliyindən, kibercinayətlərdən, digər pis vərdişlərdən qorunması üçün də ciddi addımlar atan dövlət bu məsələləri də daima öz gündəmində saxlayır.

Dövlət gənc nəslin potensialını həm ölkə daxilindəki idarəçiliyində, məsələn, "Asan xidmət", " Dost xidməti", müxtəlif beynəlxalq tədbirlərdə geniş şəkildə istifadə edir, onlara idarəçilik vərdişləri qazandırır. Bununla yanaşı onları təltif edir, digər idarəçilik strukturlarında dəyərləndirir.

Gənclik emosionallığı ilə seçilir. Onun "qanının qaynar axdığı" bir dövründən dövlətin özünün və xalqın mənafeyi baxımından doğru dəyərləndirə bilməsi mütləqdir. Dövlət itirilmiş gəncliyin, yəni təsir altına düşərək yanlış yol seçmiş gənclırin həyatı ilə daha çox məşğul olmalıdır. Onların gələcək həyatlarının yenidən doğru yolla davam etməsi üçün əlindən gələni etməlidir. Gənclər də hər zaman heç bir çətinliyə, çatışmazlıqlara baxmadan dövlətin mənafeyini üstün tutmalıdırlar. Dövlət və hakimiyyət anlayışlarının mahiyyətini doğru dəyərləndirə bilməlidirlər. Nə edirlərsə həmişə dövlət anlayışını əldə rəhbər tutaraq addımlar atmalıdırlar. Azərbaycan gəncliyi həmişə istər idman, istərsə də digər sahələrdə həmişə Azərbaycanın başını uca ediblər, bundan sonra da belə olacağına əminik və şübhə etmirik.

Gənclik daim öz üzərində işləməlidir. Müxtəlif dillər öyrənməli, idarəçilik, ixtisas artırma kurslarında iştirak etməli, dövlətin gələcəyi üçün məsuliyyətini dərk etməlidir. Çünki Azərbaycan dövləti onların dövlətidir. Bu günün gəncləri gələcəyin dövlət rəhbəri, idarəçi kadrlarıdır. Onların bunun məsuliyyətini yaxşı başa düşməlidirlər. Buna doğru ayddımlamalı, buna can atmalıdırlar. Dövlətin gələcəyi onlar üçün biganə olmamalıdır. Savad, bilik, istedadlarını daim artırmaqla yanaşı, Azərbaycan dövlətinin siyasi həyatında da aktiv iştirak etməlidirlər”.

Əziz gənclər, bayramınız mübarək!

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Yanvar 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri