Icma.az
close
up
RU
Döymə taxta qapıları, döyülməsin dəmir darvazan Ukrayna və İran

Döymə taxta qapıları, döyülməsin dəmir darvazan Ukrayna və İran

Icma.az, Adelet.az saytına istinadən bildirir.

2022- ci ilin fevralında Rusiya xaincəsinə Ukraynaya basqın edərkən Ukraynalılar da öz vətənləri uğrunda savaşa qalxdılar. Son 75-80 ildə ilk dəfə Rusiya hərbçilərinin kütləvi ölümü, əclaflıqlarına lyiqli cavab məhz bu ölkədə verildi.

Bilirsiniz, Rusiya bir çox ölkələrə öz qoşunu ilə basqına, işğallar təşkil edib, amma heç bir ölkədə onun qoşun-ləşkəri Ukraynada aldığı zərbəni almadı, əsir, girov, fərarilik, texniki və canlı itkinin verdiyi xaos bu ordunun "məğlubedilməz" , "dünyanın 1 nömrəli" ordusu olmadığını ortaya qoydu. Rusiya tərəfindən yüzlərlə ərazisi işğal olunmuş ölkələr, yüzlərlə əhalizi öldürülmüş ingəncə verilmiş xalqlar bu ilahi ədaləti alqışları və Ukraynaya dəstək nümayiş etdirdi. Rusiya ancaq özü kimi işğalçı, vəhşi, günahsız insan qanından qidalanan ölkələr və xalqlar dəstəkləyə bilərdi və elə bu tip xarakterli ölkələr silah, canlı qüvvə ilə Rusiyaya yardıma başladılar. Onların arasında İran da var.

Müharibə başlayandan az sonra İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH)əsas şirkətindən “Şahid-136” kamikadze tipli Pilotsuz Uçuş Aparatları Rusiyaya Ukraynaya zərbələr endirmək üçün verilir.

Ukraynanın “Militinaryi” xəbər agentliyinin məlumatına görə, İranlılar əvvəlcə Rusiyadan hər “Şahid” üçün 375 000 dollar ödəməsini istəyiblər, lakin sonradan bu rəqəm 6 000 PUA üçün 193 000 dollara və ya 2 000 PUA üçün 290 000 dollara endirilib.

Hələ 2023-cü ilin yanvarında Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri Oleksiy Kuleba bildirirdi ki, “ Kiyev vilayəti müharibə dövrünün ən güclü və irimiqyaslı raket - dron hücumlarına məruz qalıb. Bu müddət ərzində Kiyev səmasında İran istehsalı olan 57 “Şahid” pilotsuz uçuş aparatı məhv edilib”.

Dünya üçün "xeyirlə-şərin davası" kimi təqdim edilən Rusiya-Ukrayna müharibəsində İran bu addımı ilə şərin yanında olduğunu ortaya qoydu. Ukraynanın ədalətli savaşını boğulmasında Rusiyaya canla-başla xidmət göstərdi.

İndi isə, sanki, "Şahid" pilotsuz uçuş aparatının zərbələrindən ölən dinc ukraynalıların Allah dərgahında fəryadı eşidilib. Hazırda fars-molla rejimi fəryad edir. Beləki, İsrail ordusu müharibənin əvvəlindən bəri İranın 6 aviabazasına zərbələr endirib. Həmin zərbələr nəticəsində F-14, F-5 qırıcıları və AH-1 tanker təyyarəsi də daxil olmaqla, 15 təyyarə və helikopter məhv edilib.Təyyarə və helikopterlərlə yanaşı, 1000-ə yaxın PUA-da vurulub.

Üstəlik ABŞ-ın İrana qarşı “Gecəyarısı çəkici” kod adlı hərbi əməliyyatında 7 B2 gizli bombardmançı təyyarəsi də daxil olmaqla 125-dən çox təyyarə iştirak edib. Həmlə o qədər ani olub ki, İran nə Amerika təyyarəsinin girişi, nə də çıxışı zamanı atəş açmayıb. ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn bildirib ki, əməliyyata ümumilikdə 125-dən çox təyyarə, o cümlədən B2 bombardmançıları, tankerlər, kəşfiyyat təyyarələri və qırıcılar cəlb olunub.

Bombardmançılar İranın iki nüvə obyektinə, Fordo və Natanza 10-dan çox 30 tonluq Massive Ordnance Penetrator bombası atdılar və İsfahanda “Tomaqavk” raketləri atılıb. Keyn bildirib ki, Missuridəki bazadan havaya qalxan missiya 11 sentyabr hücumlarından sonra B2 bombardmançıları üçün ən uzun missiya olub:"Əməliyyat çərçivəsində İrandakı hədəflərə sualtı qayıqdan onlarla “Tomaqavk” raketi atılıb. Fordo Nüvə Obyektinə 6 ədəd 15 tonluq bunker dağıdıcı bomba atıldı. Natanz və İsfahandakı nüvə obyektləri sualtı qayıqlarla 30 ədəd tomahavk raketi ilə vurdu".

Beləcə, döymə kimsənin taxta qapısını, döyməsinlər sənin dəmir darvazanı. Üstəlik Ukrayna ilə heç bir ədavətin, düşmənçiliyin olmadığı halda onlara ədavət və düşmənçilik etmək... bax indi çəkdiyin əziyyəti niyə çəkdiyini bilməyin zamanıdır.

P.S. İranın 300 ilə yaxındır bizə qarşı düşmənçiliyi, son 33 ildə apardığı ədavəti, etdiyi pislikləri sıralamıram. İranın qanına bais olduğu dinc körpələrin, hamilə qadınların, yaşlı insanların ahı- naləsi olsun, Xominei hakimiyyətinin, SEPAH idarəçilərinin canı- başı,  qəzavü- qədəri olsun...Hər kəs əkdiyin biçər...

 Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 İyun 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri