Icma.az
close
up
RU
Döymə, söymə, öldürmə!

Döymə, söymə, öldürmə!

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zorakılıq həyatımızın hər anında qarşılaşa biləcəyimiz davranış növüdür, amma ailəmizdə qarşılaşanda bir çoxumuz haqlı olaraq qəbul edə, varlığı ilə barışa bilmirik. Çünki ailə bizim ən güvəndiyimiz, ən məhrəm hesab etdiyimiz qalamızdır. Bütün bəlalardan, təhlükələrdən ailəmizə sığınaraq qorunuruq, ən tənha hiss etdiyimiz anlarda ailəmizin varlığını xatırlayıb kimsəsiz olmadığımızı anlayırıq. Ailəmizdə baş verənləri başqalarına danışmamağımız da onu məhrəm hesab etməyimizdən qaynaqlanır. Məişət zorakılığı uzun illər gizli qala, ona məruz qalan ailə üzvləri bu vəziyyətdə çox uzun müddət yaşaya bilər.

Təəssüf ki, məişətdə zorakılıq aşkar olunanda, qanunla, təhrif olunmuş ənənəvi baxışlar bir-biri ilə təzad təşkil edir. Məişətdə zorakılığa “özəl həyatdır”, “ər-arvad arasında belə şeylər olur”, “atadır, özü bilər”, “ərdir, arvadına istədiyi kimi davrana bilər”, “yaxşı at özünə qamçı vurdurmaz”, “pişik də balasını çox istədiyindən yeyir” kimi bəhanələrlə məişət zorakılığına haqq qazandılır. Lakin araşdırmalar göstərir ki ailədə zorakılıq görən şəxsi, məruz qaldığı vəziyyətdən daha çox bu cür yanaşmalar incidir. Buna görə də məişət zorakılığı inkar edilməməli, ciddi formada araşdırılmalı və ciddi qəbul edilməli bir problemdir.

Məişət zorakılığı əsasən qadınlara və uşaqlara qarşı yönəldilir. Onu törədən şəxs çox vaxt kişilər olur. Məişət zorakılığının səbəblərini fiziki, psixoloji və sosial olaraq xatakterizə etmək olar. Çox təəssüfedici haldır ki, ailədaxili zorakılığın bir növü də cinsi istismardır. Bu dövrümüzün ən çox narahatlıq doğuran məişət problemidir və hələ aşkarlanmayan çox sayda belə hal olduğu istisna edilmir.

Məişətdə törədilən zorakılığın mənbəyi çox vaxt ailə başçısı– kişilər olur. Zorakılıq səbəblərinə ailədəki kişinin şizofreniya, paranoid şizofreniya və antisosial şəxsiyyət pozuqluğu kimi bəzi psixi pozğunluqlardan əziyyət çəkməsi daxildir. Məişət zorakılığı hallarında ən çox zorakılıq göstərən şəxsin kişi olması və bu aqressiv davranışların yaşa dolduqca azalmağa başlaması, zorakılıq tətbiqində kişi hormonlarının təsirli olduğunu göstərir. Əslində olmayan şeyləri görmək, reallıqdan uzaqlaşmaq, qısqanclıq və paranoya ilə müşahidə olunan şizofreniya zorakılığa səbəb ola bilər.

Qəzəbi idarə etmə bacarığı bütün insanlarda var, zaman və yaşadığı həyat bəzən bu bacarığı insanın əlindən alır. Maraqlı haldır ki, daha çox kişilər bu bacarığını itirir. Qəzəbini ifadəetmə bacarığını itirən kişi antisosial birinə çevrilir, məsuliyyətsiz, düşüncəsiz, vicdansız, cinayətkar kimi xarakterləri yaranır. Bu xarakterlər onu ailə üzvlərinə zərər verməkdən həzz alan, zərrə qədər peşmançılıq duymadan qəddar rəftar edən birinə çevirir. Sosial çevrəsində tamamilə normal biri kimi tanınan, mədəni, ziyalı, ədəbli, ailəsinə zorakılıq tətbiq etməyəcək biri kimi xarakterizə edilən bu insanlar müalicə olunduqda ailə üzvlərinə normal münasibətlərini bərpa edə bilirlər. Lakin onların müalicəyə razı olmaları da çox uzun prosesdir.

Ümumiyyətlə, ünsiyyət və dialoqun, habelə gündəlik ailədaxili müzakirələrin yetərli olmadığı, ailə fərdlərinin bir-birinə olan hörmət və inamının zədələndiyi vəziyyətlərdə zorakılıq işə düşür. Kişilər qadınlara hakim olmaq, onlar üzərində haqq sahibi olmaq, qadınları sıxışdırmaq, qarşı tərəfin çatışmazlıqlarını hər fürsətdə ona qarşı istifadə etmək, öz çatışmazlıqlarını ört-basdır etmək üçün zorakılıq etməyə başlayır. Psixo-terapevtlər zorakılıq etdiyi an insanın ən zəif olduğu an olduğunu deyir. Yəni, zorakılığa, daha çox şəxsiyyəti zəif, bacarıqsız kişilər əl atırlar.

Zorakılıq adət edilən, zamanla öyrənilən bir davranışdır. Təəsüflə qeyd etmək olar ki, öyrənmə mənbəyi də elə zorakılıq edənin ailəsidir. Uşaqlıq və yeniyetməlik dövründə məişət zorakılığının tez-tez yaşandığı bir ailədə böyüyənlərin zorakılığa meylli olduğu müşahidə edilib. Bundan əlavə, zorakılıq ailədən ailəyə miras kimi keçə bilən, nəsildən-nəsilə ötürülən davranış növüdür. İnsanlar arasında ünsiyyət bacarıqlarının yetərincə olmaması, hiss və düşüncələrini qarşı tərəfi narahat edəcək formada ifadə edilməsi, əsassız ittihamlar, namus və əxlaqın ölçü vahidi kimi istifadə edilməsi də zorakılığın sosial səbəbləri sırasına daxil edilə bilər. Həmçinin, yoxsulluq, özünü şanssız hesab etmək, həyatdan gözlədiyinin qarşılığını ala bilməmək kimi sosial-iqtisadi faktorlar da zorakılığa səbəb olur.

Məişət zorakılığında ən çox rast gəlinən fiziki təzyiq formaları ailə üzvlərindən hər hansı birini silkələmək, döymək, sillələmək, əşyalar atmaq, qarşı tərəfi itələmək, saçından tutmaq, hər hansı bir əşya ilə döymək, əllərini və qollarını bağlamaq, zorla cinsi əlaqədə olmaq, kəsici alətlər və odlu silahdan istifadə edərək kimisə yaralamaq, öldürməkdir. Ailədə mənəvi zorakılıq dedikdə isə, ailə üzvlərinin üstünə qışqırmaq, başqalarının gözü qarşısında onu alçaltmaq, qürurunu sındırmaq, hədələmək, onun öz hiss və düşüncələrini açıq ifadə etmək azadlığını əlindən almaq, onu özü kimi düşünməyə və hərəkət etməyə məcbur etmək, hərəkət azadlığını məhdudlaşdırmaq, öz ailə üzvləri və ya dostları ilə ünsiyyətini qadağan etmək, ruhi sağlamlığa zərər verən və fiziki təzyiq olmadan həyata keçirilən bütün hərəkətlər nəzərdə tutulur.

Ailədə maddi-iqtisadi zorakılıq da müşahidə edilən zorakılıq növlərindəndir. İnsanların işləmək və gəlir əldə etmək azadlığını əlindən almaq, təmin etməmək, yaxud gəlir əldə etmək üçün işləməyə məcbur etmək və onun gəlirlərini müsadirə etmək kimi hərəkətlər də bu qəbildəndir. Ailədə uşaqların istismarı isə ən dəhşətli zorakılıq növüdür. Azyaşlının əqli və fiziki toxunulmazlığını pozan bütün davranışlara uşaq istismarı deyilir. Bundan əlavə, valideynlərin, övladlarının baxım, qidalanma, sığınacaq, istilik, geyim, sağlamlıq və təhsil kimi əsas həyati ehtiyaclarını ödəməməsi və ya bu məsələlərə diqqət göstərməməsi də uşağa qarşı etinasızlıq və zorakılıq hesab olunur.

Zorakılıq göstərmək insan acizliyinin sübutudur. Dil, ünsiyyət, danışıq bir insana verilmiş ən böyük mükafatdır və bütün halarda müzakirə və mübahisələr bu yolla aparılmalıdır. Əgər dil söymək üçün danışacaqsa, əl sillə vurmaq, ayaq təpik atmaq üçün qalxacaqsa o zaman insanın öz ovuna amansızlıqla hücum edən yırtıcı heyvandan nə fərqi var ki?

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri