Icma.az
close
up
RU
Döyülən uşaqlar böyüyəndə döyənə çevrilir... Bizə Pişik qadın lazımdırmı?

Döyülən uşaqlar böyüyəndə döyənə çevrilir... Bizə Pişik qadın lazımdırmı?

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Gülər Qasımovanın “Uşağını döymə, dizini döy” yazısını təqdim edir.
Bu yaxınlarda Ağdamda 2023-cü il təvəllüdlü azyaşlının valideynləri tərəfindən ağır işgəncələrə məruz qalması haqqında xəbər hər kəsi sarsıtdı.
Cəmiyyət isə artıq yavaş-yavaş belə halların qarşısının alınması üçün danışır. Bəs cəmiyyətdə uşaqlara qarşı zorakılığın səbəbləri nələrdir? Bu barədə düşünən və danışan varmı?
Bir Marvel qəhrəmanı təsəvvür edin: “Pişik qadın”. Onun ancaq bir missiyası var, o da hər gecə çıxıb uşaqlarını döyənləri cəzalandırmaq, onları zəncirlə döymək. Bəlkə də, bu, bütün döyülən uşaqların qəhrəmanı, arzusu ola bilərdi.
Əslində, belə bir qəhrəman bir az da uydurma olmalı deyil. Uşaqları qorumaq dövlətin, cəmiyyətin, valideynin borcudur. Bu gün yeni süni zəka dövründə hələ də Azərbaycanda ən adi insani haqlarından məhrum, zorakılığa məruz qalan uşaqların olması ürəkağrıdan mənzərədir. Amma səbəb bilinmədən də heç nə düzəlməz - deyirlər.
“Əti sənin, sümüyü mənim”
“Əti sənin, sümüyü mənim” deyərdi uşaqlığım olan dövrdə övladlarını müəllimlərə təhvil verən valideynlər.
Bu cümlənin altında, əslində, həm də dünya böyüklüyündə bir zorakılıq yatdığını başa düşməzdilər. Çünki onlar üçün nə olursa olsun, intizam vacib idi. Uşaqların intizamı üçünsə döyülməkləri. Çoxumuz müəllim kötəyindən keçmişik və bunu lazımlı qəbul etmişik.
Ötən illərin birində məktəbdə döyülən bir şagird haqqında videoya gələn şərhlərin böyük əksəriyyəti müəllimlərin tərəfini tutur, özləri də bu yoldan keçdiklərini və bunun onlara həyat dərsi olduğunu bildirirdi.
Filosof Mişel Fukoya görə, ailələr mikro institutlardır. Məktəblərdə, həbsxanalarda olduğu kimi, ailədə də uşaqların davranışını formalaşdırmaq üçün qaydalar tətbiq edilir. Uşaqlar üçün döyülmək əvvəlcə cəza kimi görünsə də, sonradan qorxaraq özlərini idarə etməyi öyrənirlər.
Bəzi valideynlər övladlarını tərbiyələndirmək məqsədi ilə döydüklərini deyirlər ki, beləcə zorakılıq adiləşdirilmiş və intizam donu geydirilmiş olur.
Döyülən uşaqlar böyüyəndə özləri də döyənə çevrilir və bu nəsildən nəsilə keçən adi bir hala düşür, az qala adətə çevrilir.
Bizim bəzən işlətdiyimiz intizam, təhsil və ya hətta valideynlik məsuliyyəti kimi ifadələr gücü maskalayır.
Fuko deyirdi ki, bilik və güc bir-birindən ayrılmazdır. Tərbiyə və nizam-intizam sosium tərəfindən daha rahat qəbul edilsə də, əslində, gücün nümayişidir.

“Qızını döyməyən, dizini döyər”
Belə bir atalar sözü var ki, “qızını döyməyən dizinə döyər”. Xüsusilə qız uşaqlarını hədəfə alan və zorakılığı birbaşa təbliğ edən atalar sözünün mənşəyi yuxarıda bəhs edilən intizam metodlarına söykənir və patriarxal güc münasibətlərini möhkəmləndirir.
Sosioloq Pyer Burdyeyə görə, döyülərək böyüyən uşaq özü də bilmədən zorakılığı “normal valideynlik” olaraq görəcək. Bu, onların bir növ Habitusuna (alt şüurda, dərində ilişib qalan, nəsillərdən gələn “adət” və “vərdişlər”) çevrilir.
“Müəllim məni mənim xeyrimə döyür” deyən uşaq da özlüyündə zorakılığa haqq qazandırmış olur. Uşaqlar beləcə gücün bərabər bölünmədiyini öyrənirlər. Böyüklər əmr verir, sən riayət etməlisən. Necə ki, ailədə, cəmiyyətdə də qeyri-bərabərliyi asanlıqla qəbul edirlər.
Dominantlıq əsasında böyüyən uşaqlar sonralar dominantlığa tabe övladların valideynlərinə çevrilirlər.
Ölkədə hələ də döyülən, işgəncə görən uşaqların çoxluğuna baxanda sosioloq Emil Durkeimin dedikləri yerinə düşür.
O deyir: “Uşaq döymək sosial funksional olduğuna görə hələ də davam edir. Döyülmək fərdlərə ciddi ziyan vursa da, avtoritar bir ənənənin caynağında nəsildən nəslə keçir. Ailələr və məktəblər cəmiyyət onlardan nizam-intizam və tərbiyə gözlədiyinə görə zorakılığa meyl edir, çünki bu istək şəxsi sevgini aşır”.
Xülasə, biz yalnız normalar dəyişdikdən, cəmiyyətin fikri övlad sevgisindən daha az önəmli olduqdan, kollektiv şüurda “Uşaqları qorumaq lazımdır”, “Onlar qorunmağa layiqdirlər, zorakılığa yox” fikirləri formalaşdıqdan sonra uşaq döyülməsi haqqında daha az xəbər oxuya bilərik.
Onda nə “Pişik Qadına”, nə də zəncirə ehtiyac qalar. Yanlız sevgi və məsuliyyət yeni, sağlam nəsil yaradar.

"Xaç atası"nın rejissoru xəstəxanaya yerləşdirildi Azərbaycanlı artistlər “DosStar” festivalında çıxış edəcəklər "Bomboz həyat bağrımı çatladacaq..." - “Tütək səsi”nin Cəbrayıl rolunu niyə Şahmar Ələkbərova vermədilər?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Sentyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri