Icma.az
close
up
RU
“Döyüş meydanındakı qələbəmizi idmanda da davam etdirməliyik” Ceyhun Məmmədov

“Döyüş meydanındakı qələbəmizi idmanda da davam etdirməliyik” Ceyhun Məmmədov

Icma.az, Modern.az saytına istinadən bildirir.

“Cənab Prezidentin idmançılarımızla görüşü xüsusi əhəmiyyət daşıyır. Azərbaycan idmançıları da bundan ruhlanaraq ölkəmizi layiqincə təmsil etməyə davam edəcəklər”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin idmançılarla görüşündən danışarkən qeyd edib.

C.Məmmədov deyib ki, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilib:
“Dövlətimizin gücünün ildən-ilə artması idmanımızın inkişafına da müsbət təsir göstərib. Nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilib, maddi-texniki baza möhkəmləndirilib. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynayıb.
Biz cənab Prezidentin həyata keçirdiyi siyasətə baxanda, ədalət prinsipinin əsas yer tutduğunu görürük. Həm ölkəmizə qarşı ədalətsizliyə, həm dünyadakı ədalətsizliyə qarşı cənab Prezident öz mövqeyini ortaya qoyub”.

Deputat deyib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməsi hər kəsdə qürur hissi yaradıb. Eyni zamanda bu qələbə hər bir Azərbaycan gənci üçün stimul olub:
“Biz döyüş meydanındakı qələbəmizi idmanda da, təhsildə də davam etdirməliyik. Bizim qalib xalq olduğumuzu artıq bütün dünya qəbul edir.

Bu gün Azərbaycan idmançıları ölkəmizi ləyaqətlə təmsil edir. Hesab edirəm ki, cənab Prezidentin idmançılarımızla görüşü xüsusi əhəmiyyət daşıyır. Cənab Prezidentin bu cür tədbirlərdə iştirakı və idmançıları mükafatlandırması çox önəmlidir. Şübhəsiz ki, Azərbaycan idmançıları da bundan ruhlanaraq ölkəmizi layiqincə təmsil etməyə davam edəcəklər”.
“Cənab Prezident idmançılarla görüşdə gələn il Azərbaycanın növbəti böyük idman yarışına -  MDB oyunlarına ev sahibliyi edəcəyini bildirdi. Ümumilikdə bu oyunların 14 şəhərdə keçirilməsi nəzərdə tutulub. 7 min idmançının iştirakı gözlənilən üçüncü MDB oyunlarının mərkəzi kimi Gəncə şəhəri seçilib. Gəncədə yeni stadion inşa edilir və oyunlara qədər hazır olacaq. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılıb. Əminik ki, idmançılarımız dövlət başçımızın yaratdığı bu şəraiti layiqli qiymətləndirərək, yaxşı nəticələr göstərəcəklər”, - millət vəkili əlavə edib.

C.Məmmədov xatırladıb ki, hazırda Azərbaycanın bölgələrin 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir:
“Azərbaycanda mötəbər Avropa Oyunları keçirilıb, ölkəmizin İslam Həmrəylik oyunlarına, COP29 beynəlxalq iqlim konfransına da Azərbaycanın necə yüksək səviyyədə ev sahibliyi etməsinə bütün dünya şahid oldu. İnanırıq ki, bu dəfə də Azərbaycan üçüncü MDB oyunlarının yüksək şəkildə təşkili üçün çalışacaq və idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək bizləri sevindirəcək. Prezident ­İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Dekabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri