“Döyüşdə uzun və qısa müddət iştirak edənlər arasında fərq müəyyənləşdirilsin” Deputatdan TƏKLİF
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Müharibə iştirakçılarına ayrılan vəsait cəmiyyətdə ən geniş müzakirə olunan məsələdir. Hazırda döyüşdə qısa və uzun müddətli olmaqla iştirak edənlər arasında fərq yoxdur. Mən təklif edirəm ki, döyüşdə uzun və qısa müddətli iştirak edənlər arasında fərq müəyyənləşsin. O zaman müəyyən kateqoriya üzrə vəsaitin ayrılmasına da baxmaq asan olar”.
Bizim.Media xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat dəfn pulunun verilməsi prosesinin elektronlaşmasını təklif edib:
“Bu ilin dövlət büdcəsində dəfn pulunun artırılması təqdirəlayiqdir. Amma prosesin elektronlaşdırılmasına ehtiyac var. Bunu elektronlaşdırmaqla bu vəsaitin daha sürətli verilməsinə nail olmaq mümükündür”.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 27 Noyabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















