Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Döyüşə getməyə can atan müəllim şəhid Rəşad Məmmədov

Döyüşə getməyə can atan müəllim şəhid Rəşad Məmmədov

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Gəncə, 27 oktyabr, Elcan Məmmədov. AZƏRTAC

Gəncənin fəxri olan, Vətən müharibəsi başlanan zaman əlindəki qələmi silahla dəyişən təhsilverənlərindən biri də Rəşad müəllim oldu. Şagirdlərinə hər zaman ondan əvvəl yazılan tarixi anladan müəllim bu dəfə özü tarix yazdı. Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhid Rəşad Məmmədovun xatirəsi hər zaman doğmaları və şagirdləri tərəfindən ehtiramla anılır.

AZƏRTAC-ın bölgə müxbiri şəhidin anası Rəfiqə Süleymanovanı ziyarət edib, Rəşadla bağlı xatirələri onun dilindən dinləyib. Rəfiqə ana deyib: “Uşaq vaxtlarından hərbiyə həvəsi var idi. Küçədə hərbçi görəndə sevinir, onlarla görüşür, arxalarınca gedirdi. Hər zaman düşmənə qarşı onda xüsusi nifrət olub. Müharibə başlayanda mən ona təkid etdim ki, evin tək övladıdır. Mənim də yalnız və yaşlı olmağıma görə müharibəyə getməsin. Amma mənimlə razılaşmadı. Dedi ki, onsuz da qayıdacağam, narahat olma. Hər zaman verdiyi sözü tuturdu, mən də rahat idim ki, mənə söz verib qayıdacaq. Amma bu səfər sözünü tutmadı”.

Rəşad Məmmədov 4 sentyabr 1989-cu ildə Gəncə şəhərində anadan olub. 2006-cı ildə Gəncə şəhəri 34 nömrəli tam orta məktəbi bitirib və Gəncə Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 2013-cü ildə Qadabay rayon Qoşabulaq kəndi 1 saylı tam orta məktəbdə Ttrix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 2018-ci ildə Gəncə şəhər M.S.Vazeh adına 16 saylı tam orta məktəbdə tarix müəllimi fəaliyyətinə davam edib. 2020-ci ildə Gəncə Dövlət Universitetinin “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistr pilləsində təhsil almağa başlayıb.

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun sayəsində 30 illik həsrətə son qoyuldu. Mən də bir şəhid anası kimi övladımla fəxr edirəm ki, o torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçib. Üstündən 5 il keçsə də, mənim üçün elə bil hər şey dünən baş verib”,- deyə şəhidin anası Rəfiqə Süleymanova deyib.

Vətən müharibəsi zamanı Rəşad Məmmədov Şuşanın azadlığı uğrunda gedən döyüş əməliyyatında iştirak edib. O, 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. 17 noyabr 2020-ci ildə Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri