Icma.az
close
up
RU
Şəhid Rəşad Ələkbərovun xatirəsi anılıb

Şəhid Rəşad Ələkbərovun xatirəsi anılıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun inzibati binasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə şəhid Rəşad Ələkbərovun anadan olmasının 28-ci ildönümü münasibətilə tədbir keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi qəhrəman oğullarımızı, şəhidlərimizi gələcək nəsillərə tanıtmaq, unutmamaq, ailəsinə, doğmalarına az da olsa təsəlli, mənəvi dəstək olmaqdır.

Tədbirdə türkoloq-alim Faiq Ələkbərli şəhidlərin xalqımızın qürur mənbəyi olduğunu söyləyib. Rəşad Ələkbərovun ömür yolundan danışaraq bildirib ki, o, evin tək övladı olmasına baxmayaraq vətənin dar günündə könüllü olaraq cəbhəyə yollanıb. Şuşaya qədər şərəfli döyüş yolu keçib.

Tədbirdə çıxış edənlər şəhid Rəşad Ələkbərovun qəhrəmanlıq dolu ömür yolundan, gənclərə nümunə olacaq vətənpərvərliyindən söhbət açıblar.

Diqqətə çatdırılıb ki, Rəşad Ələkbərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib .Şuşa-Laçın istiqamətində davam edən döyüşlərdə şəhid olub. Gəncənin Şəhidlər xiyabanında dəfn edilib.

Anası Nailə Ələkbərova Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. “Gəncə” alayının tərkibində 1992-1993-cü illərdə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Birinci Qarabağ müharibəsi veteranıdır.

Rəşad Ələkbərov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” , “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin anası Nailə Ələkbərova 44 günlük Vətən müharibəsində xalqımızın bir yumruq kimi birliyindən, doğma torpaqların düşmən tapdağından azad olunması üçün apardığı qətiyyətli mübarizədən danışıb. Qazanılan tarixi Qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını söyləyib və Rəşadın gənclərə nümunə olan döyüş yolundan danışıb. O, belə oğullarla hər kəsin qürur duyduğunu bildirib.

Mərasimdə vətənpərvərlik mövzusunda mahnılar, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.

Sonra şəhid Rəşad Ələkbərov haqqında videoçarx nümayiş olunub.

Sonda “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyini sədr Güllü Eldar Tomarlı tədbir iştirakçılarına təşəkkürünü bildirib və şəhidlərimizin heç vaxt unudulmayacağını vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri