Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

“Dron müharibəsi” diplomatik səyləri üstələyir Rusiya və Ukrayna hava zərbələrini intensivləşdirir

“Dron müharibəsi” diplomatik səyləri üstələyir Rusiya və Ukrayna hava zərbələrini intensivləşdirir

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

İstanbulda gözlənilən sülh danışıqları fonunda Rusiya və Ukrayna arasında qarşılıqlı hava hücumlarının intensivləşməsi münaqişənin diplomatik həllinə inamı daha da sarsıdır. Son günlərdə qeydə alınan dron hücumları müharibənin yeni mərhələyə keçdiyini göstərir.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya ordusu mayın 16-dan 17-nə keçən gecə Ukrayna ərazisinə 112 kamikadze dronla hücum edib. Onlardan 73-ü Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, 36-sı isə aldadıcı hədəf kimi istifadə olunub. Bu, Rusiyanın təkcə hücum yox, eyni zamanda Ukraynanın hava hücumundan müdafiə sistemlərini aldatmaq məqsədi güddüyünü göstərir.

Hücumlar əsasən Ukraynanın beş regionuna yönəlib. Ən ciddi zərbələr Odessaya dəyib – burada mülki infrastruktur dağıdılıb, bir neçə yanğın baş verib. Kiyev vilayətində inzibati binalar, bir yaşayış evi və ticarət obyekti zərər görüb. Dağıntıların əksəriyyəti vurulan dronların qalıqlarının yerə düşməsi nəticəsində baş verib.

Ukrayna bu hücum zamanı bir döyüş təyyarəsini – ehtimal ki, Qərb istehsalı olan F-16-nı itirdiyini təsdiqləyib. Bu, Ukrayna ordusunun son aylar ərzində itirdiyi üçüncü belə təyyarədir.

Eyni gecə Ukrayna ordusu da Rusiyanın ilhaq etdiyi Krım yarımadasına PUA hücumu həyata keçirib. Krımın mərkəzində yerləşən Perevalnoye qəsəbəsindəki silah anbarı dron zərbəsinə məruz qalıb. Yalta, Sevastopol, Alupka və Aluşta şəhərlərində partlayış səsləri eşidilib, Simferopol–Aluşta avtomobil yolu təhlükəsizlik səbəbilə müvəqqəti bağlanıb.

Hər iki tərəfin bu cür qarşılıqlı hava hücumlarına rəğmən, beynəlxalq ictimaiyyətin sülh çağırışları hələlik nəticə vermir. Hər iki ölkə danışıqlara hazır olduqlarını bildirsə də, əməldə “səngərdə danışıq” siyasəti davam edir.

Rusiya tərəfindən rekord sayda PUA ilə həyata keçirilən hücum və Ukraynanın Krımdakı strateji obyektləri hədəfə alması göstərir ki, tərəflər hələ də hərbi yolla üstünlük qazanmağa çalışır. Bu isə diplomatik masa ətrafında müzakirələrin başlanmasına deyil, eskalasiyanın dərinləşməsinə səbəb olur.

Mayın ortalarında baş verən intensiv hava döyüşləri Ukrayna müharibəsinin artıq klassik cəbhə döyüşlərini aşaraq, bütün ölkə boyu hava məkanında üstünlük uğrunda mübarizəyə keçdiyini göstərir. Bu gedişat həm sülh təşəbbüslərini kölgədə qoyur, həm də regionda təhlükəsizlik risklərini artırır.

Rasim Əliyev
AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 May 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see228

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see148

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see142

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see132

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see128

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri