Icma.az
close
up
RU
Dron müharibəsi sərhədimizdə biz də hazır olmalıyıq

Dron müharibəsi sərhədimizdə biz də hazır olmalıyıq

News24 saytına istinadən Icma.az xəbər verir.

Hərbi ekspert: “Azərbaycan Ordusunda PUA-lara qarşı mübarizə üçün də müvafiq arsenalı mövcuddur, peşəkar kadrlarımızın sayı da artırılmalıdır” 

Davam edən Ukrayna müharibəsi,  iyunun 1-də Rusiyanın strateji aerodromlarına hücum PUA-ların müasir ordunun əsas sütunlarından birinə çevrildiyini bir daha təsdiqlədi. Müasir ordular  PUA-lar olmadan mümkün deyil. 2024-cü ildə Avropada müdafiə xərcləri 17 faiz artaraq 693 milyard dollara çatıb ki, bu da “soyuq müharibə”nin bitməsindən bəri rekord göstəricidir.

Avropa Birliyi növbəti dörd il ərzində yeni müdafiə və hücum silahlarının hazırlanması üçün 800 milyard avroya qədər büdcə ayırıb. Avropa ölkələri müdafiə potensialında əsas prioritet olaraq PUA istehsalını da nəzərdə tutur. ABŞ süni intellektdən istifadə edərək yüksək texnologiyalı PUA-lar hazırlamağa davam edir, Trampın fantastik trilyonluq “Qızıl Günbəz” layihəsi həm də ölkəyə PUA hücumlarının qarşısını almağı hədəfləyir. İsrail də bu sahədə istehsal etdiyi ağıllı dronlarla  məşhurdur. Türkiyə də dünya bazarını effektiv hücum və kəşfiyyat aparatları ilə fəal şəkildə təmin edir. Qərb Ukrayna müharibəsində ayılıb ki, sən demə, texnologiya sanksiyaları altında olan İran ucuz və ölümcül PUA istehsalında rəqiblərini xeyli geridə qoyub. Ukraynanı isə hazırda PUA-larla Böyük Britaniya və Almaniya təmin edir, özlərinin yerli istehsalı haqda dəqiq bilgi yoxdur. Bəzi hesablamlamalara görə, PUA-lar hərbi əməliyyatlar və ya genişmiqyaslı müharibə zamanı düşmən hədəflərinin demək olar ki, 80%-nin məhv edilməsini təmin edə bilər. Heç bir ordu birləşməsi PUA-lar kimi təkbaşına bu cür effektli ola bilməz.

Daha bir vacib məsələ  PUA-lara  xidmət və istifadə edə bilən kifayət qədər ixtisaslı mütəxəssislərin olmasına diqqət ayırmaqdır. Yəni PUA almaqla iş düzəlmir, onu hədəfə doğru yönləndirmək də artıq xüsusi kadrlar tələb edir.  Azərbaycanın sərhədlərinin ümumi uzunluğu 3370,4 kilometrdir. Bunun 2657,4 kilometri quru, 713 kilometri isə dənizdir. Bunun qarşısını almaq sərhədçilərimiz üçün çətin görünmür. Amma biz də bomba yüklü PUA-larla mübarizəyə necəsə, amma mütləq hazır olmalıyıq. Çünki Ermənistanla sülh müqaviləmiz yox, ətrafımızda isə bədxahlarımız çox...

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, ilk dəfə PUA-lardan məhz Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində istifadə eləyib və nəticə də məlumdur: “PUA-ların və onları idarə edən mütəxəssislərin müharibədə qələbəmizdə mühüm rolu oldu. Hərbi hədəflərin zərərsizləşdirilməsində PUA-larımız mükəmməl idarə olundu. Bu faktın özü Azərbaycan Ordusunda PUA-ların və onların mütəxəssislərinin səviyyəsinin göstəricisi idi. Yaşadığımız əsr müharibə meydanında PUA-ların ön sıraya və ən həlledici əhəmiyyətə sahibləndiyi əsrdir. Azərbaycan dövləti, müdafiə sənayesi də bunu öncədən görürdü və hazırlıqlarını aparırdı. Azərbaycan Ordusunun silah arsenalında artıq xeyli vaxtdır PUA-lar yer alır. Eyni zamanda Azərbaycan Ordusunda PUA-lara qarşı mübarizə üçün də müvafiq arsenal mövcuddur. Azərbaycan həm də PUA hücumlarından qorunmaq üçün də tədbirlərini görüb və görür. PUA hücumundan müdafiə sistemi get-gedə daha da mükəmməlləşdiriləcək. Şübhəsiz ki, sistemli fəaliyyət tələb edən bu işin əsas hissələrindən biri bacarıqlı kadrların hazırlanmasıdır. Kadrlarımız, dediyimiz kimi, var. Amma sayını artırmalı və peşəkarlıq səviyyələrini daha da yüksəltməliyik. Çünki dünyada silah istehsalçıları silahları, o cümlədən PUA-ları hər il təkmilləşdirirlər. Bu tendensiyanı nəzərə almalıyıq. Prosesdən geri qalmaq olmaz. Avropa ölkələrinin, hələ də sülh müqaviləsi imzalamaqdan yayınan qonşumuz Ermənistanın orduya ayrılan büdcəni artırması faktı da Azərbaycan Ordusunun bütün istiqamətlərdə daha da gücləndirilməsi və bu prosesin davamlı edilməsini şərtləndirir”.

Ekpsert qeyd etdi ki, hərbi sənayemizi müasir silahların istehsalı ilə zənginləşdirməliyik, PUA-lara qarşı yüksək səviyyədə mübarizə cihazlarının istehsalı məsələsinə, eyni zamanda insan resursu, peşəkar kadr məsələsinə də çox ciddi yanaşılmalıdır: “Müasir silahları idarə edən kadrlarımız çox olmalıdır.  Sərhədlərimizin qorunması istiqamətində ən ciddi uğurlara biz ordumuzun arsenalında PUA hücumundan müdafiə sistemini daha da mükəmməlləşdirməklə nail olmalıyıq. Eyni zamanda ordumuz dünyanın ən müasir PUA-larını əldə etməlidir. Dünya ilk dəfə Azərbaycanın 2020-ci ildə dron müharibəsi aparmasının effektivliyini gördü. Məhz bundan sonra dünya ölkələri öz ordularının silah arsenalında PUA-lara xüsusi yer ayırmağa başladı. Bu gün Ukrayna Rusiya kimi nəhəng ölkəyə məhz dronlarla ağır zərbələr vurur”.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 İyun 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri