Icma.az
close
up
RU
Yeni təlatümlərə hazır olmalıyıq Süni intellekt müharibəsi

Yeni təlatümlərə hazır olmalıyıq Süni intellekt müharibəsi

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ekspertlər süni intellekt müharibəsinin başlandığını və bu müharibənin soyuq müharibədən daha amansız olacağını söyləyirlər


“Əminəm ki, Azərbaycanda hazırlanacaq süni intellekt strategiyasında dünyada tətbiq olunan bütün yeniliklər nəzərə alınacaq və milli maraqlarımıza uyğun addımlar atılacaq"



Milli Məclisdə Süni intellekt haqqında qanunun qəbul edilməsi təklif edilib. Bu təkliflə deputat Azay Quliyev çıxış edib. Onun sözlərinə görə, süni intellektin iqtisadi, sosial, tibb, təhsil və digər sahələrdə gətirdiyi misilsiz üstünlüklər və faydaları, o cümlədən texnoloji yenilikləri ilə yanaşı, hər birimiz üçün yaratdığı çoxlu sayda riskləri də var ki, bunları tənzimləmək üçün yeni qanunların qəbuluna və qaydaların tətbiqinə ciddi ehtiyac var:

"Məsələn, süni intellekt tətbiqləri tərəfindən insanlar haqqında məlumatların, o cümlədən onların irqinin, siyasi baxışlarının, dini və ya fəlsəfi inanclarının, üz tanınma görüntülərinin toplanaraq analiz edilməsi bu məlumatların manipulyasiya edilməsinə şərait yaradır. Bu gün insanın tibbi müalicə alıb-almamağını, işə qəbul edilməyi və ya mənzil üçün kredit götürməyini süni intellekt sistemləri asanlıqla müəyyən edə bilir. İstifadə olunan alqoritmlər, rəqəmsal dünyada insanların seçimlərini, davranışlarını və hətta emosiyalarını təhlil edərək, şəxsiyyətin özünü belə təhrif edə bilər. Süni intellektin manipulyasiya edilməsi, məlumatların oğurlanması və ya alqoritmaların yanlış tətbiqi kimi təhdidlər ciddi təhlükələr yaratmaqdadır. Məhz bu səbəbdən artıq ayrı-ayrı ölkələr süni intellektin etik, təhlükəsiz və şəffaf şəkildə istifadə olunmasını təmin etmək məqsədilə müxtəlif qanunlar və ya xüsusi qaydalar qəbul edirlər. Təqdirəlayiq haldır ki, bu il yanvarın 16-da cənab Prezident tərəfindən Azərbaycanda "Rəqəmsal İnkişaf Konsepsiyası" təsdiq edilib və süni intellekt strategiyası hazırlanmasına başlanılıb". 

Deputat bildirib ki, əvvəlki qanunların bəziləri 1998-ci ildə, bəziləri isə sonrakı illərdə qəbul edildiyindən hazırkı qanunvericiliyimiz hər gün inkişaf edən süni intellekt texnologiyasından qaynaqlanan yeni çağırışlara və ya tələblərə tam cavab vermir: 

"Məsələn, "Fərdi məlumatlar haqqında" qanun süni intellektin şəxsi məlumatları necə emal etməsini spesifik olaraq tənzimləmir. Qanunvericlikdə olan bu boşluq şəxsi həyatın toxunulmazlığına təhlükə yarada bilər. Digər tərəfdən süni intellekt sistemlərinin verdiyi səhv qərarlar nəticəsində zərər çəkmiş şəxslərin hüquqi müdafiə mexanizmləri hazırkı qanunvericilikdə birmənalı təsbit olunmayıb. Başqa bir misal, süni intellekt texnologiyalarından istifadə edərək saxta xəbərlərin və "deepfake" materiallarının yayılması, ictimai rəyə və seçkilərə təsir göstərilməsinə görə məsuliyyətin qanunvericilikdə əhatəli əks olunmasına ehtiyac var. Qanunvericiliyimizdə süni intellektin tətbiqi nəticəsində iş yerlərinin azalması və işçilərin hüquqlarının qorunmamasına görə hər hansı hüquqi mexanizm də mövcud deyil. Ona görə də "Əmək Məcəlləsi"nə əlavələr edilərək süni intellektin təsirinə məruz qalan sahələrdə işçilərin yenidən ixtisaslaşmasına dəstək proqramları yaradılmalıdır. İşəgötürənlər üçün süni intellektdən istifadəyə dair etik və hüquqi qaydalar müəyyən edilməlidir. Bu baxımdan Azərbaycan qanunvericiliyində süni intellekt tərəfindən yaradılan məzmunun manipulyasiya, aldatma və dezinformasiyaya görə sərt cəzalar, o cümlədən böyük məbləğdə cərimələr və cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Yaxşı olar ki, Milli Məclisin müvafiq komitə və komissiyaları yaz sessiyası müddətində bu məsələləri diqqətdə saxlasın".

Parlament üzvü vurğulayıb ki, süni intellektin qlobal səviyyədə yaratdığı yeni gərgin mübarizənin yaradacağı təlatümlərə hazır olmalıyıq: 

"Məlum olduğu kimi Tramp ABŞ Prezidenti kimi fəaliyyətə başladığı ilk günlərdə süni intellektin inkişafına həsr olunan “Stargate” layihəsinə 500 milyard dolar vəsait ayırdı. Məqsəd qlobal rəqabəti qazanmaq və Çin üzərində üstünlük əldə edilməsinə nail olmaqdır. Artıq ekspertlər haqlı olaraq süni intellekt müharibəsinin başlandığını və bu müharibənin soyuq müharibədən daha amansız olacağını söyləyirlər. Bir çox ölkələr qlobal savaşda özlərini ən azı müdafiə etmək üçün qanunvericiliklə yanaşı, bir sıra institusional qərarlar da qəbul ediblər. Məsələn, Birləşmiş Ərəb Əmirliyində Süni İntellekt Nazirliyi, Avropa İttifaqında Süni İntellekt Ofisi yaradılıb. Əminəm ki, Azərbaycanda hazırlanacaq süni intellekt strategiyasında dünyada tətbiq olunan bütün yeniliklər nəzərə alınacaq və milli maraqlarımıza uyğun addımlar atılacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Fevral 2025 05:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri