Ukrayna PUA əleyhinə yeni dronlar alacaq
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan yeni dron əleyhinə "JEDI Shahed Hunter" aparatının istifadəsini təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə müdafiə qurumu "Facebook"da məlumat yayıb.
Məlumata görə, aparat 350 km/saatdan çox sürət yığmaq, 6 kilometr hündürlüyə qalxmaq və təxminən 500 qram ağırlığında döyüş başlığı daşımaq qabiliyyətinə malikdir.
"JEDI" avtomatik rejimdə radiolokasiya stansiyalarından məlumat alır və müstəqil şəkildə hava hədəfinə yönəlir. Tutucu "Shahed", "Geran" və "Gerbera" tipli zərbə pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulub, həmçinin "Zala" və "Supercam" kəşfiyyat PUA-larını ələ keçirməyə qadirdir.
Dron şaquli uçuş həyata keçirə bilir, çəkisi təxminən 4 kq-dır və sutka boyu işləməyə imkan verən termal kameralarla təchiz olunub. Bir aparat 40 km radiusda səmanı qoruya bilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 24 Mart 2026 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















