Icma.az
close
up
RU
DSK ilə Vyetnam Baş Statistika İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb

DSK ilə Vyetnam Baş Statistika İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 17-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ilə ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Baş Statistika İdarəsinin baş direktoru Nguyen Thi Huongun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. SİA xəbər verir ki, görüşdə Azərbaycan ilə Vyetnamın bir-birinin maraqlarına hörmət edən dost və tərəfdaş ölkə olduqları, dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafının böyük məmnunluq doğurduğu qeyd edilib.

Xalqlarımız arasındakı münasibətlərin təməlinin hələ SSRİ dövründə qoyulduğu xüsusi vurğulanaraq Vyetnam xalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin tarixi əhəmiyyəti qeyd olunub.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qarşılıqlı səfərlərin əhəmiyyəti nəzərə çatdırılaraq 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfərinin, 2015-ci ildə isə Vyetnam Prezidenti Truonq Tan Sanqın Azərbaycana rəsmi səfərinin ölkələr arasında siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələlərdə əməkdaşlığın dərinləşməsinə etibarlı zəmin yaratdığı vurğulanıb. Bu gün iki ölkənin liderlərinin siyasi iradələri sayəsində ölkələrimiz arasında fəal siyasi dialoqun və beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığın mövcud olduğu bildirilib.

Milli maraqlara və müasir çağırışlara əsaslanan siyasət həyata keçirməklə davamlı sosial-iqtisadi inkişafı təmin edən və beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirən Azərbaycan ilə Vyetnamın iqtisadi-ticari, mədəni-humanitar, təhsil, turizm, enerji və digər sahələrdə işbirliyinin genişləndirilməsində maraqlı olduqları diqqətə çatdırılaraq müvafiq dövlət qurumları, o cümlədən Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında əməkdaşlığın önəmi vurğulanıb.

Hər iki ölkənin statistika sahəsində təcrübəsinin qarşılıqlı maraq doğurduğu qeyd olunaraq müvafiq dövlət qurumlarının fəaliyyəti barədə ətraflı məlumat verilib, islahatlardan və innovasiyaların tətbiqindən bəhs edilib.

Komitə sədri Tahir Budaqovun 2023-cü ildə Vyetnama səfəri çərçivəsində baş direktor Nguyen Thi Huongunlə görüşü məmnunluqla xatırlanaraq həmin görüş zamanı gələcək əməkdaşlığa dair səmərəli fikir mübadiləsinin aparıldığı bildirilib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında “Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Memorandumu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Vyetnam Baş Statistika İdarəsinin baş direktoru Nguyen Thi Huong imzalayıblar.

Memorandumdan irəli gələn vəzifələrin icra olunmasının səmərəli nəticələr verəcəyinə - statistika sahəsində əməkdaşlığın inkişafına, beynəlxalq səviyyədə müqayisə edilə bilən və hər iki ölkənin sosial-iqtisadi vəziyyətini əks etdirən statistik məlumatlar mübadiləsinin genişləndirilməsinə və dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Seyranə Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Dekabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri