DSK ilə Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb FOTOLAR
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sentyabrın 26-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunun iştirakçıları ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüş çərçivəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyi arasında “Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandumu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyinin direktoru Camşed Nurmaxmadzoda imzalayıblar.
Memorandumdan irəli gələn vəzifələrin icra olunmasının səmərəli nəticələr verəcəyinə - statistika sahəsində əməkdaşlığın təşviq və inkişaf etdirilməsi, beynəlxalq səviyyədə müqayisə edilə bilən və hər iki ölkənin sosial-iqtisadi vəziyyətini əks etdirən statistik məlumatlar mübadiləsinin genişləndirilməsi və iki ölkənin statistika qurumları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 26 Sentyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















