DSMF beynəlxalq müsabiqədə qalib mükafatına layiq görülüb
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Pensiya və İnvestisiya” beynəlxalq qurumunun (ABŞ) müsabiqəsində “Pensiya fondunun dizaynı və islahatları” kateqoriyası üzrə qalib mükafatına layiq görülüb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, mükafat bu günlərdə Niderland Krallığının Haaqa şəhərində keçirilən Dünya Pensiya Sammiti çərçivəsində təşkil edilmiş təltifetmə mərasimində DSMF-nin İdarə Heyəti sədrinin müavini Səfər Mehdiyevə təqdim olunub.
“Mükəmməllik və innovasiya mükafatları” adlı müsabiqədə müvafiq kateqoriya üzrə DSMF ilə yanaşı, bir sıra ölkələrin (ABŞ, Avstraliya, Kanada, İtaliya, Avstriya, Birləşmiş Krallıq, Makedoniya, Sinqapur, Kipr, Litva, BƏƏ və s.) dövlət və özəl pensiya və sosial sığorta qurumları iştirak edib. Həmin qurumlar arasından DSMF seçilərək qalib mükafatına layiq görülüb. Bu, DSMF-nin 2024-cü ildə təltif edildiyi 28-ci, 2021–2024-cü illər ərzində isə 51-ci beynəlxalq mükafatdır.
Müsabiqə beynəlxalq platformada qabaqcıl idarəetmə strategiyalarını, iqtisadi və sosial inkişafı, müasir texnologiyalardan istifadə potensialını və davamlı innovasiyaları təşviq etmək məqsədilə keçirilib.
Baxış sayı:84
Bu xəbər 18 Noyabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















