Icma.az
close
up
RU
DSMFnin büdcəsinin taraz büdcə prinsipi ilə proqnozlaşdırımasına yenidən baxılması təklif olunur

DSMFnin büdcəsinin taraz büdcə prinsipi ilə proqnozlaşdırımasına yenidən baxılması təklif olunur

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

DSMF-nin büdcəsinin "taraz büdcə" prinsipi ilə proqnozlaşdırımasına yenidən baxılması təklif olunur

Dövlət sosial müdafiə fondunun büdcəsinin "taraz büdcə" prinsipi ilə proqnozlaşdırıması təcrübəsinə yenidən baxılması təklif olunur.

Sonxeber.az verir ki , bu, Hesablama Palatasının 2025-ci il üçün Dövlət sosial müdafiə fondunun büdcəsinin layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, son illərdə sığorta haqlarının hesabatlılığı və yığılması istiqamətində şəffaflığın yüksəlməsinə, eləcə də inzibatçılığın güclənməsinə xidmət edən addımların atılması fondun gəlirlərinin artıqlaması ilə icra olunmasına şərait yaradıb. Habelə xərclərin əsas hissəsi olan pensiya ödənişlərinin hər bir pensiyaçı üzrə ayrı-ayrılıqda deyil, xüsusilə sığorta prinsipinə əsaslanmayan dövrlər üzrə ümumi yanaşma kimi əmsallar tətbiq olunmaqla hesablanması xərclərin tam icra olunmaması ilə nəticələnir. Belə ki, pensiya xərcləri "Əmək pensiyaları haqqında" qanunda təsbit edilmiş tələblər əsasında aparılan hesablama nəticəsində müəyyənləşən məbləğ olmaqla fondun büdcə gəlirlərindən asılı olmadan formalaşır. Başqa sözlə, bu xərclər müvafiq hüquqi aktların tələbi olmaqla dövlətin qəbul etdiyi funksiyaların icrası məqsədi daşıyır: "Göstərilənlər, eləcə də xərc istiqamətlərinin konkret olması fonunda qeyd edə bilərik ki, əslində xərclər daha üstün mövqedə olmaqla gəlirlər tərəfindən təmin olunmalıdır. Həmçinin diqqətdə saxlanılmalıdır ki, fondun büdcəsi tarazlıq prinsipi ilə proqnozlaşdırılsa da, artıq 2023-cü ildən başlayaraq investisiya fəaliyyətinə başlanılıb və bu da, öz növbəsində, artıq gəlir və xərclərin bərabər qəbul olunmamasını şərtləndirir. Büdcənin tərtibi zamanı istifadə edilməmiş vəsaitin mənbə kimi nəzərə alınması xərclərin artım tempinin gəlirlərin artım tempini üstələməsi ilə əlaqədar olduğu diqqətə alınmaqla ilin sonunda icra edilməməsi büdcə gəlirlərinin və xərclərinin bərabər qəbul olunması fonunda xərclərin daha çox proqnozlaşdırıldığı vurğulanmaqla bu prosesə əsaslı yanaşmanı zəruri edir. Həmçinin "taraz büdcə" prinsipinin tətbiqi gəlirlər üzrə də tərtib edilmiş proqnozlarla potensial arasında uzaqlaşmalara gətirib çıxarır. Belə ki, gəlirlər üzrə potensial nəzərə alınarsa, xərclərin bu göstəriciyə bərabərləşdirilməsi potensalı mövcud deyil. Beləliklə, yuxarıda göstərilənlər, xüsusilə investisiya fəaliyyətinin tətbiqinə başlanılması fondun büdcəsinin "taraz büdcə" prinsipi ilə proqnozlaşdırıması təcrübəsinə yenidən baxılmanı zərurətə çevirir".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 21 Noyabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see232

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see161

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see156

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri