DSMFnin xərcləri artaraq 6 milyard 299 milyon manat olub
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 11 ayında proqnozla müqayisədə 4 faiz və ya 233 milyon manat çox olmaqla 6 milyard 288 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları isə həmin dövrdə proqnoza nisbətən 4 faiz və ya 211 milyon manat artaraq 5 milyard 124 milyon manat olub.
Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 6 milyard 299 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 743 milyon manat çoxdur.
Baxış sayı:107
Bu xəbər 11 Dekabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















