DSMFnin xərcləri artaraq 6 milyard 299 milyon manat olub AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 11 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 11 ayında proqnozla müqayisədə 4 faiz və ya 233 milyon manat çox olmaqla 6 milyard 288 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları isə həmin dövrdə proqnoza nisbətən 4 faiz və ya 211 milyon manat artaraq 5 milyard 124 milyon manat olub.
Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 6 milyard 299 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 743 milyon manat çoxdur.
Baxış sayı:88
Bu xəbər 11 Dekabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















