Icma.az
close
up
RU
DSMFyə və İTSFyə dövlət büdcəsindən maliyyələşmənin artırılmasının səbəbləri

DSMFyə və İTSFyə dövlət büdcəsindən maliyyələşmənin artırılmasının səbəbləri

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Növbəti ildə DSMF-in büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait cari illə müqayisədə 368 mln. manat (29,9%) çox olmaqla 1 milyard 600 mln. manat, İcbari Tibbi Sığorta Fonduna (İTSF) ayrılan vəsait isə 42,4 mln. manat (3,1%) çox olmaqla 1 milyard 410,4 mln. manat nəzərdə tutulub. SİA-nın xəbərinə görə, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi zərfinə rəyində əksini tapıb.

Məlumatlara əsasən, DSMF-ə ayırmaların artımı pensiya ödənişi xərclərinin cari il üçün ölkə üzrə gözlənilən orta aylıq əməkhaqqının artım tempinə, İTSF-ə ayırmaların artımı isə əhalinin sayının növbəti ilə ehtimal olunan artımı və cari ilin sonuna gözlənilən inflyasiya faizinə uyğun olaraq indeksləşdirilməsi ilə bağlıdır.

Belə ki, 2025-ci ilin dövlət büdcəsi layihəsində adambaşına düşən icbari tibbi sığorta haqqı cari ilin sonuna gözlənilən 2,7% inflyasiyaya uyğun artırılaraq 124,1 manat müəyyən edilmişdir.

Qeyd edilib ki, növbəti ildə İTSF-ə ayrılması proqnozlaşdırılan 1410,4 mln. manatın 1266,6 mln. manatını əhalinin icbari tibbi sığortalanması ilə bağlı dövlətin payına düşən öhdəliyi təşkil edir. Başqa sözlə, növbəti ildə də İTSF-ə ayrılan vəsaitin tərkibində sığorta məqsədi ilə bağlı olmayan dövlət öhdəliklərinin (səhiyyə sahəsində bir sıra məqsədli tədbirlərin) maliyyələşdirilməsi ilə bağlı xərclər yer almışdır. Bu isə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq icmal büdcənin gəlir və xərclərinin hesablanması zamanı bəzi sualların yaranmasına səbəb olur. Məlumat üçün qeyd edək ki, VBT-yə 2024-cü il 27 iyun tarixli dəyişikliklərlə “İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsait” paraqrafına dövlət büdcəsinin vəsaiti hesabına əhalinin icbari tibbi sığortalanması ilə yanaşı, həm də səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər daxil edilmişdir.

Hesablama Palatası tərəfindən keçirilmiş auditlər müvafiq məqsədli tədbirlər üzrə icra edilməyən vəsaitlərin il sonunda dövlət büdcəsinə geri qaytarılmadığını göstərib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Noyabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri