DSX da 7 ci kinoloji yarışları keçirilib I FOTO
Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kinoloji yarışlara Xidməti Heyvanlar Təlimçilərinin Hazırlığı mərkəzinin, Sərhəd Qoşunları hərbi hissələrinin və Sərhəd Nəzarəti şöbələrinin kinoloq-mütəxəssisləri cəlb olunub.
Yarışların keçirilməsində məqsəd xidməti itlərin təlimçiləri və bələdçilərinin peşəkar hazırlığını inkişaf etdirmək, dövlət sərhədinin mühafizəsi və müdafiəsində xidməti itlərlə sərhəd pozucularının axtarışı və saxlanılması, narkotik maddələrin axtarışı, minatəmizləmə əməliyyatlarında peşəkarlıq səviyyəsinin artırılması, həmçinin ən yaxşı praktiki vərdişlərə malik kinoloq-mütəxəssisləri və yüksək iş qabiliyyəti olan xidməti itləri müəyyən etməkdir.
Yarışlarda xüsusi təlim keçmiş xidməti itlərlə nəqliyyat vasitələrində, əl çantalarında narkotik maddələrin axtarışı, sərhəd pozucularının izlərlə təqib olunaraq saxlanılması, ərazidə tank və piyada əleyhinə minaların aşkar edilməsi üzrə tapşırıqlar icra edilib.
Sonda qalib olmuş hərbi qulluqçulara kubok, diplom və pul mükafatları təqdim olunmuş, qalib xidməti itlərə isə yarışda layiq görüldüyü yeri göstərən metal jeton və xüsusi yem verilib.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra sərhədçi kinoloq-mütəxəssislər tərəfindən xidməti itlərlə nümunəvi çıxışlar nümayış etdirilib.
AzVision.az Qalereya
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:DSX nın bir qrup hərbi qulluqçusu təltif edilib I FOTO
12 May 2025 13:19
NDU da elmi konfransı keçirilib I FOTO
07 İyun 2025 08:15
Bakıda xanımların veloyürüşü keçirilib I FOTO
08 Mart 2025 20:10
Uşaqlar üçün “İdman gimnastikadan başlayır estafet yarışları keçirilib FOTO
30 May 2025 14:45
Dünya kubokunda 7 ci yer FOTO
27 Yanvar 2025 15:57
Baxış sayı:90
Bu xəbər 14 Noyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları