Icma.az
close
up
RU
NDU da elmi konfransı keçirilib I FOTO

NDU da elmi konfransı keçirilib I FOTO

Azvision saytına istinadən Icma.az xəbər verir.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Konfrans Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, ARETN Botanika İnstitutu, ARKTN Bitki Mühafizəsi və Texniki Bitkilər
Elmi-Tədqiqat İnstitutu, ARETN Genetik Ehtiyatlar İnstitutu və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan rektor Elbrus İsayev müasir dövrdə qlobal iqlim dəyişikliklərinin xüsusilə kənd təsərrüfatında yeni yanaşmalara, tədqiqatlara ehtiyac yaratdığını bildirib. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda kənd təsərrüfatı istiqamətində yer alan orqanik məhsulların təbliğinin bu gün keçirilən konfransın da əsas müzakirə obyekti olduğunu qeyd edib. Rektor konfransın ənənəvi kənd təsərrüfatı sahələrini elmi baxımdan zənginləşdirmək mahiyyəti daşıdığını vurğulayıb. Eyni zamanda tədbirin tələbələrin, gənc tədqiqatçıların, mütəxəssislərin diqqətini ekoloji dayanıqlı istehsal üsullarına yönəldilməsində mühüm platforma rolunu oynadığını ifadə edib. Gələcəkdə konfransda orqanik məhsullardan ibarət sərgi nümayişinin nəzərdə tutulduğu əlavə edilib.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxış edərək konfransın olduqca aktual mövzuya həsr olunduğunu bildirib, universitetin bu təşəbbüsünü yüksək dəyərləndiriblər.

Daha sonra konfransda ARETN Botanika İnstitununun baş direktoru, professor Səyyarə İbadullayeva, AR KTN Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, ARETN Genetik Ehtiyatlar İnstitutununun baş direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkbərov və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli çıxış ediblər. Natiqlər konfransın Naxçıvanın coğrafi iqlim və kənd təsərrüfatı ənənələri baxımından orqanik məhsulların istehsalında gözləntilərin yüksək olduğunu söyləyib, ümumilikdə ölkə üzrə bu məsələdə elmi tədqiqatların, təkliflərin əsas tutulmasının vacibliyinə diqqət çəkiblər.
Sonra Naxçıvan Dövlət Universiteti ilə ARETN Genetik Ehtiyatlar İnstitutu arasında, Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) arasında əməkdaşlıq müqavilələri imzalanıb, rektor Elbrus İsayev tərəfindən hədiyyələr təqdim edilib. Daha sonra konfransın keçirilməsində göstərilən təşkilatı dəstəyə görə tərəfdaş üzvlərə rektor Elbrus İsayev tərəfindən plaketlər təqdim edilib.

Naxçıvan Dövlət Universitetinin əməkdaşları Təbiətşünaslıq və Kənd Təsərrüffatı fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məmmədova və Baytarlıq təbabəti kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Mahir Məhərəmova yüksək təşkilatçılığa görə təşəkkürnamələr verilib. NDU-nun Beynəlxalq Kembric Məktəbində baş tutan konfransın açılış tədbiri unveristetin İncəsənət fakültəsində bədii hissənin nümayişi ilə davam edib.
Qeyd edək ki, konfransa ölkəmizin, Türkiyənin, Norveçin müxtəlif ali təhsil, elmi-tədqiqat və tətbiqi yönümlü müəssisələrindən ümumilikdə 26 təşkilat qoşulub. 172 elm adamı tərəfindən 108 elmi məqalə təqdim olunub. Konfrans 04-05 iyun tarixlərində 4 əsas istiqamət üzrə təşkil olunmuş 4 paneldə davam etdiriləcəkdir. Bu panellərdə bitkiçilik və bitki mühafizəsi, biomüxtəliflik və vəhşi təbiətin qorunması, orqanik əkinçilik və heyvandarlıq, kənd təsərrüfatı obyektlərində makro və mikro çirkləndiricilər haqqında mövzular dinləniləcək.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:339
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 İyun 2025 08:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri