DSX də yeni təyinat: General yüksək vəzifəyə gətirildi FOTO
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında yeni təyinat olub.
"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu barədə DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.
Əmrə əsasən, Vətən müharibəsinin qəhrəmanlarından biri - “Zəfər” ordenli general-mayor Nəsib Mirzəyev Dövlət Sərhəd Xidmətinin Baş idarə rəisi təyin olunub.
O, bundan əvvəl qurumun Çevik Hərəkət Qüvvələrinin Komandanının birinci müavini-Qərargah rəisi vəzifəsində işləyib.
Qeyd edək ki, Nəsib Tahir oğlu Mirzəyev Cəlilabad rayonunun Ləkin kəndində anadan olub.
O, Vətən müharibəsində böyük qəhrəmanlıq, igidlik və sücaət göstərib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə “Zəfər”, İkinci dərəcəli “Vətənə xidmətə görə”, Üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:32
Bu xəbər 28 Yanvar 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















