Icma.az
close
up
RU
DSX generalın ölümü ilə bağlı başsağlığı yaydı

DSX generalın ölümü ilə bağlı başsağlığı yaydı

Icma.az bildirir, Modern.az portalına istinadən.

Dövlət Sərhəd Xidməti general Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı yayıb.

Modern.az xəbər verir ki, başsağlığında deyilir:

“Azərbaycan sərhəd mühafizəsinin inkişafında mühüm xidmətləri olmuş, uzun illər dövlət sərhədlərimizin etibarlı mühafizəsinə şərəflə xidmət etmiş, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı vəzifəsində çalışmış general-mayor Abbasəli Ramazan oğlu Novruzov 16 avqust 2026-cı il tarixində, ömrünün 90-cı ilində vəfat edib.

Abbasəli Ramazan oğlu Novruzov 25 may 1937-ci ildə Qərbi Azərbaycanın Əzizbəyov rayonunun Zeytə kəndində anadan olub.

Həyatının böyük hissəsini sərhədçi peşəsinə həsr edən Abbasəli Novruzovun hərbi xidmət yolu sıravi əsgər kimi başlamış, yüksək peşəkarlığı, zəngin təcrübəsi, prinsipiallığı və Vətənə sədaqəti sayəsində məsul vəzifələrədək yüksəlmişdir. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Məktəbinin hüquq bölməsini, daha sonra Dövlət Təhlükəsizlik Akademiyasını bitirmiş, hüquqşünas, hərbi tərcüməçi və əməliyyatçı kimi xidmət edib.

Peşəkar fəaliyyətinə və hüquq sahəsində xidmətlərinə görə 1979-cu ildə “Azərbaycan SSR əməkdar hüquqşünası” fəxri adına, həmçinin “SSRİ DTK-nın fəxri əməkdaşı” adına layiq görülüb.

Müstəqilliyimizin ilk illərində dövlət sərhədlərinin mühafizəsinin möhkəmləndirilməsi, milli sərhəd mühafizə sisteminin formalaşdırılması və Sərhəd Qoşunlarında idarəetmənin təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Belə mürəkkəb bir dövrdə Ümummilli Lider Heydər Əliyevin qərarı ilə Abbasəli Novruzov 8 aprel 1994-cü ildə yenidən sərhəd mühafizəsi sıralarına qaytarılmış, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı vəzifəsinə təyin edilib.

Azərbaycanın müstəqil dövlət olaraq öz sərhədlərini milli qüvvələri hesabına qoruması prinsipini ardıcıl müdafiə edən Abbasəli Novruzov beynəlxalq və regional görüşlərdə ölkəmizin dövlətçilik maraqlarını qətiyyətlə ifadə edib. Onun “Azərbaycan müstəqil dövlətdir, öz sərhədlərini özü qorumalıdır” mövqeyi müstəqil milli sərhəd mühafizə sisteminin qurulmasına yanaşmasının əsas mahiyyətini əks etdirmişdir və Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə, dövlət təhlükəsizliyinin, sərhədlərimizin etibarlı mühafizəsinin təmin olunmasında xidmətlərinə görə “Şöhrət” ordeni və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

General-mayor Abbasəli Ramazan oğlu Novruzovun uzun və şərəfli xidmət yolu, dövlət sərhədlərimizin mühafizəsinin təşkilində göstərdiyi xidmətlər və Azərbaycan sərhədçisinin peşəkar ənənələrinin formalaşmasına verdiyi töhfələr daim ehtiramla xatırlanacaq.

Abbasəli Ramazan oğlu Novruzovun əziz xatirəsi onu tanıyanların, silahdaşlarının və sərhədçilərin qəlbində daim yaşayacaq.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi general-mayor Abbasəli Novruzovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

General-mayor Abbasəli Novruzovun dəfn mərasimi 17 Avqust 2026-cı il tarixində, saat 10:00-da Hərbi Memorial Məzarlıqda keçiriləcəkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Avqust 2026 03:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri