Icma.az
close
up
RU
DSX Hərbi Prokurorluqla birgə maarifləndirici tədbir keçirib

DSX Hərbi Prokurorluqla birgə maarifləndirici tədbir keçirib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 7 oktyabr, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsində “Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr” və “Hərbi xidmət əleyhinə olan cinayətlər” mövzularında maarifləndirici tədbir təşkil olunub.

Bu barədə AZƏRTAC-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, DSX-nin hərbi qulluqçularının və Respublika Hərbi Prokurorluğunun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər dini radikalizmin dövlət təhlükəsizliyinə, ictimai-siyasi sabitliyə, habelə ordu sıralarında nizam, intizam və vətənpərvərlik ruhuna mənfi təsirləri barədə ətraflı danışıblar.

Dini radikalizmin səbəblərinə toxunularaq qeyd edilib ki, bu prosesin kökündə təhsilsizlik, dini biliklərin yanlış mənbələrdən əldə olunması, sosial-iqtisadi amillər və düşmən qüvvələrin təxribatçı fəaliyyətləri dayanır. Azərbaycan dövləti hər zaman milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verir və dini dözümlülük mühitini dünyaya nümunə olaraq təqdim edir.

Tədbirin davamında hərbi xidmət əleyhinə olan cinayətlər barədə vacib məsələlər şəxsi heyətin diqqətinə çatdırılıb, hərbi xidmətin təkcə fiziki bacarıq və fədakarlıq deyil, eyni zamanda, ciddi hüquqi məsuliyyət tələb edən vəzifə olduğu, əmrə tabe olmama kimi hərəkətlərin yalnız fərdi məsuliyyət yaratmadığı, xidmət kollektivinə və dövlətin müdafiə qabiliyyətinə ciddi ziyan vurduğu bildirilib, bu cür hüquq pozuntularına qarşı mübarizədə birgə səyin vacibliyi xüsusi qeyd edilib.

Tədbirin sonunda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri