Icma.az
close
up
RU
DSX Hərbi Prokurorluqla birgə maarifləndirmə tədbirləri keçirib

DSX Hərbi Prokurorluqla birgə maarifləndirmə tədbirləri keçirib

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin olunması, şəxsi heyət arasında hərbi intizamın gücləndirilməsi, hüquqi biliklərin artırılması, radikal dini cərəyanların zərərli təsirlərinə qarşı effektiv mübarizə məqsədilə Dövlət Sərhəd Xidmətinin hərbi hissə və sərhəd bölmələrində Respublika Hərbi Prokurorluğu ilə birgə genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilib.

Modern.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlər çərçivəsində hərbi qulluqçular arasında hərbi xidmət əleyhinə olan cinayətlərin qarşısının alınması istiqamətində hüquqi maarifləndirmə aparılmış, bu əməllərin hüquqi və mənəvi nəticələri ətraflı şəkildə izah edilib. Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hərbi qulluqçulara müvafiq qanunvericilik aktları, cinayət hüququnun tələbləri və bu kimi əməllərin dövlət və ordu quruculuğuna vurduğu zərərlər barədə geniş məlumat verilib.

Çıxışlarda radikal dini ideologiyaların xarici mərkəzlər tərəfindən cəmiyyətə, xüsusilə gənclərə yönəlmiş ideoloji təhdid vasitəsi kimi istifadə olunduğu, bunun yalnız fərdi deyil, ümumilikdə dövlətin təhlükəsizliyi üçün ciddi risklər yaratdığı şəxsi heyətin diqqətinə çatdırılıb.

Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokurorluğu tərəfindən keçirilən birgə tədbirlərin hərbi qulluqçuların hüquqi savadlılığının artırılmasına, ekstremizmə qarşı mübarizənin gücləndirilməsinə, orduda və bütövlükdə cəmiyyətdə təhlükəsizlik və sabitliyin qorunmasına xidmət etdiyi xüsusi olaraq qeyd edilib.

Tədbirin sonunda şəxsi heyətin sualları cavablandırılmış və interaktiv diskussiya formatında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyun 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri