DTİK: Azərbaycan və Türkiyə ticarət dövriyyəsinə dair hədəfə 50 % nail olub
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2023-cü ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 7,5 milyard ABŞ dolları olub ki, bu da iki ölkənin müəyyən etdiyi 15 milyard dollarlıq hədəfə 50 % nail olmaq deməkdir.
"Report" xəbər verir ki, bunu Dünya Türk Biznes Şurasının (DTİK) Azərbaycan üzrə nümayəndəsi Barış Altiparmak Türkiyə Səfirliyinin ev sahibliyi ilə qurumun Avrasiya Nümayəndələr Şurasının Bakı görüşündə bildirib.
"Bu il də ticarətimizdə artım olacağını proqnozlaşdırırıq. Hədəfimiz böyükdür və görüləcək çox işlər var. Azərbaycan iqtisadiyyatının canlanmasında investorların rolu danılmazdır. Azad iqtisadi zonalarda, sənaye və texnologiya parklarında investorlara təqdim edilən imkanlar mühüm əhəmiyyət daşıyır", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 05 Dekabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















