Icma.az
close
up
RU
DTX hansı şəbəkənin izinə düşüb?

DTX hansı şəbəkənin izinə düşüb?

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


DTX xaricdən idarə olunan və Azərbaycanda dövlət qurumları və şirkətlərin əməkdaşlarını hədəfə alan kiberdələduzluq şəbəkəsi haqqında maraqlı məlumat yayıb.
Açıqlamaya diqqət etdikdə maraqlı sxem görünür. Xüsusi proqramlarla dövlət qurumları və şirkətlərin əməkdaşlarının adları, vəzifələri, fotoları, telefon nömrələri kütləvi toplanıb. Sonra rəhbərlərin adı və fotosu ilə saxta “WhatsApp” hesabları yaradılıb. Özü də Azərbaycan mobil operatorlarının nömrələrindən istifadə olunub.
Bu +994 nömrələrin cinayətkarların əlinə necə keçdiyi açıqlanmır.
Güman ki, yerli vasitəçilər üzərindən əldə edilmiş SIM/eSIM-lərdən, başqa şəxslərin adına rəsmiləşdirilmiş və ya ələ keçirilmiş nömrələrdən istifadə oluna bilərdi.
Əməkdaşa rəisi adından “təcili” tapşırıq göndərilib, sonra o, guya hüquq-mühafizə orqanının nümayəndəsi olan başqa saxta hesaba yönləndirilib. Sonda xarici hesaba pul köçürülməsi və ya başqa tapşırıqlar tələb olunub.
Baş verənlər bir daha göstərir ki insan amili həmişə öndədir. Rəhbərin fotosu və adı WhatsApp hesabının həqiqiliyini sübut etmir. Pul köçürülməsi, məxfi məlumatın verilməsi və qeyri-adi “təcili tapşırıqlar” başqa etibarlı kanal vasitəsilə mütləq təsdiqlənməlidir. Xüsusilə maliyyə əməliyyatlarında ikili təsdiq mexanizmi olmalıdır.
Baş verənlər bir daha göstərir ki, qurumlarda davamlı kibertəhlükəsizlik təlimləri, sosial mühəndislik simulyasiyaları və insidentlərin operativ bildirilməsi mexanizmləri qurulmalıdır.
DTX artıq şəbəkənin bəzi iştirakçılarını müəyyən edib.
Mobil nömrə və SIM məlumatları, cihaz və IP izləri, platformaların texniki məlumatları və maliyyə tranzaksiyalarının əlaqələndirilməsi cinayətkarların izinə çıxmağa imkan verə bilər.
Cinayətkarların, platformaların və bank hesablarının müxtəlif ölkələrdə olması isə beynəlxalq əməkdaşlığı zəruri edir. DTX də xarici dövlətlərin aidiyyəti qurumları və beynəlxalq texnologiya şirkətlərinin təhlükəsizlik bölmələri ilə birgə araşdırmanın davam etdiyini bildirib.
Osman Gündüz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Avqust 2026 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri