Icma.az
close
up
RU
DTX nin Balakən əməliyyatı “domino effekti“ yarada bilər Kimlərin növbəsidir?

DTX nin Balakən əməliyyatı “domino effekti“ yarada bilər Kimlərin növbəsidir?

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən rayonunda keçirdiyi əməliyyat nəticəsində uzun illər rayona rəhbərlik edən icra başçısı İslam Rzayevin saxlanılması ölkədə yerli idarəetmə orqanlarında hökm sürən problemləri bir daha gündəmə gətirib. Məlumatlara görə, bu əməliyyat Ramiz Mehdiyev klanına bağlı icra strukturlarının “neytrallaşdırılması” prosesinin davamıdır. Son ayda bir çox rayonlarda icra başçılarının vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, korrupsiya faktlarına yol verməsi və vətəndaş narazılıqlarının artması sistemin dərin struktur problemlərindən xəbər verir. Bəs icra başçılarının özbaşınalıqlarına son qoymağın, yerli idarəetmədə şəffaflıq və hesabatlılıq mexanizmlərini gücləndirməyin vaxtı çatmayıbmı?

Moderator.az-a danışan Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, yerli icra hakimiyyətlərinin yarıtmaz fəaliyyəti uzun müddətdir davam edir:

“Əhalinin 80 faizi yerli icra başçılarının fəaliyyəti, özbaşınalığı, səriştəsizliyindən narazıdır. Vaxtaşırı sosial şəbəkələrdə müxtəlif icra başçıları barədə etirazlar səslənir, amma həmin sakinin  taleyi onradan  heç də yaxşı olmur. Bu gün icra başçılarının əksəriyyəti Balakən rayonunun icra başçısının törətdiyi oxşar xəta və qanun pozuntularına yol verir. İstənilən icra başçısının fəaliyyətini yoxlamaq üçün kabinetinə DTX daxil olsa, eyni maddələri onların da üzərinə qoymaq olar. Amma bu o demək deyil ki, icra strukturlarını ləğv edib onların yerinə yeni qurum yaratmaqla vəziyyəti dəyişmək mümkündür. Yeni strukturun yaranması korrupsiya, rüşvət və özbaşınalıq hallarını avtomatik aradan qaldırmayacaq. Regionlarda vəziyyət bizim bildiyimizdən daha da ağırdır. Kənddə  adi bir insan həyətində tonqal  qalayanda belə  dərhal gəlib “ekologiyaya ziyan vurursan” deyərək pul tələb edirlər. Eyni hal meşə və dağlıq ərazilərdə də müşahidə olunur — insanlar ağacları kəsmir, sadəcə yerə tökülən budaqları yığırlar, amma buna baxmayaraq, onları cərimə adı ilə cəzalandırırlar. Yerli məmurların cərimə adı ilə topladıqları pullar birbaşa icra başçılarının cibinə axır”.

Ağ Partiyanın sədri  qeyd edib ki,  vəziyyətin dəyişməsi üçün iki əsas addım atılmalıdır:

 “Qanunun aliliyinin təmin edilməsi və müxalifətin dövlət idarəçiliyində təmsil olunmasıdır. Hər bir vəzifəli şəxs bilməlidir ki, qanun hər şeydən üstündür və hansısa maddəni pozan şəxs  cavab verəcək. Üstündən 3-5 il də keçsə də , məhkəmədə bu məsələ ortaya çıxacaq və icra başçısı hesab  verləcək. Amma icra başçılarının çoxu hesab edir ki, etdikləri qanunsuzluqların 10 faizinə cəza veriləcək, 90 faizi isə cəzasız qalacaq. Bu toxunulmazlıq sindromu onlara istədiklərini etməyə şərait yaradır.

İkinci mühüm məsələ nəzarət mexanizmidir. Hazırda nəzarəti həyata keçirənlərin hamısı eyni sistemin içindədir. Belə şəraitdə korrupsiya və rüşvət faktlarını kim üzə çıxaracaq? Ölkədə müxalifət faktiki olaraq dövlət idarəçiliyindən tam kənar saxlanılıb. Hazırda parlamentdə 125 deputatdan cəmi 12-si formal olaraq müxalifət adlanır, onların da əksəriyyəti hakimiyyətə yaxın partiyalardandır. Müxalif mövqedə olan deputatların sayı cəmi 3–4 nəfərdir. Bu vəziyyət təkcə icra hakimiyyətlərində deyil, məhkəmələrdə  və digər dövlət qurumlarında da müşahidə olunur. Bu isə göstərir ki, qanunvericilikdə mütləq islahatlar aparılmalı, nəzarət mexanizmlərinin təşkili üçün müxalifətin dövlət idarəçiliyində müəyyən formada iştirakı təmin edilməlidir. Əks halda, proseslər insanların vicdanına buraxılacaq və korrupsiyaya meyillilik davam edəcək. Əgər bir məmurun nə Allah qorxusu, nə də qanun qorxusu yoxdursa, belə halların qarşısını almaq mümkün deyil. Qanunun işləməməsi və müxalifətin nəzarət-təftiş funksiyasını icra edə bilməməsi vəzifəli şəxsləri daha çox qanunsuzluğa sövq edir. Mən bu özbaşınalığın əsas səbəbini məhz bunda görürəm — başqa izahı yoxdur”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri