Icma.az
close
up
RU
Bazarda gizli qiymət oyunu İqtisadi domino effekti

Bazarda gizli qiymət oyunu İqtisadi domino effekti

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

İrandan Azərbaycana idxal olunan məhsulların qiymətində nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Bu artım həm regionda baş verən iqtisadi proseslər, həm də ticarət və logistika sahəsindəki dəyişikliklərlə əlaqələndirilir. Xüsusilə valyuta məzənnələrindəki dəyişikliklər, nəqliyyat xərclərinin yüksəlməsi və tədarük prosesində yaranan çətinliklər qiymətlərə təsir göstərən əsas amillər sırasındadır.
Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov Demokrat.az-a bildirib ki, İrandan idxal olunan məhsulların bahalaşması bir neçə iqtisadi amilin təsiri ilə bağlıdır:
"Son dövrlərdə bu məhsulların qiymətində müşahidə edilən artım əsasən regiondakı iqtisadi proseslər, logistika xərcləri və ticarət şərtlərindəki dəyişikliklərlə, eyni zamanda daşınma zamanı yaranan fiziki çatdırılma çətinlikləri ilə əlaqədardır.
İlk növbədə qeyd etmək lazımdır ki, valyuta amili və İran iqtisadiyyatında yüksək inflyasiya idxal məhsullarının qiymətinə birbaşa təsir göstərir. İran daxilində istehsal xərclərinin artması və milli valyutanın dəyərsizləşməsi ixrac olunan məhsulların qiymətinin də yüksəlməsinə səbəb olur. Bu isə Azərbaycana gətirilən malların maya dəyərini önəmli dərəcədə artırır".
O bildirib ki, digər mühüm faktor logistika və nəqliyyat xərclərinin artmasıdır:
"Son dövrlərdə yanacaq qiymətlərindəki dəyişikliklər, daşınma tariflərinin yüksəlməsi və sərhəd keçid məntəqələrində yük dövriyyəsinin artması logistika xərclərini artırır. Bu xərclər nəticə etibarilə məhsulun satış qiymətində də öz əksini tapır.
Eyni zamanda ticarət dövriyyəsində təklif amili də mühüm rol oynayır. Müxtəlif iqtisadi və inzibati səbəblərdən bəzi məhsullar üzrə ixracın azalması və ya tədarükün ləngiməsi bazarda təklifin azalmasına səbəb olur. Təklif azaldıqda isə qiymətlərin artması iqtisadi baxımdan təbii proses hesab olunur".
İqtisadçı deyib ki, gömrük prosedurları, rüsumlar, sertifikatlaşdırma və digər inzibati xərclər, eləcə də bürokratik amillər idxal məhsullarının son qiymətinə müəyyən təsir göstərir. 
"Bu faktorlar birbaşa əsas səbəb olmasa da, məhsulun ümumi maya dəyərinin formalaşmasında rol oynayır.
İrandan Azərbaycana idxal olunan məhsulların qiymətində artım valyuta və inflyasiya təsirləri, logistika xərclərinin və risklərinin yüksəlməsi, həmçinin tədarük amillərinin birgə təsiri nəticəsində formalaşır. Bu kimi dəyişikliklər regiondakı iqtisadi proseslərdən asılı olaraq müəyyən dövrlərdə daha qabarıq şəkildə hiss olunur", - deyə o bildirib.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Mart 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri