Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

“DTX nın “darknet əməliyyatı sübut etdi ki... ”Artıq görünməyən internet də nəzarətdədir”

“DTX nın “darknet əməliyyatı sübut etdi ki... ”Artıq görünməyən internet də nəzarətdədir”

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “darknet”də fəaliyyət göstərən kibercinayətkar dəstəni ifşa etməsi ilə bağlı açıqlama verib. Ekspert bu hadisəni ölkə üçün “unikal və nümunəvi” hal kimi dəyərləndirib.

AİF rəhbəri bildirib ki, 30 illik fəaliyyəti ərzində Azərbaycanda “darknet” üzərindən həyata keçirilən bir cinayətin aşkarlanması və bu sahədə “məskunlaşmış” kibercinayətkarların ifşası ilə bağlı bu səviyyədə fakt xatırlamır.

Osman Gündüz qeyd edib ki, real dünyada cinayət yolu ilə əldə olunan gəlirlərin yuyulması üçün ofşor şirkətlər, banklar, əmlak yatırımları, sənət əsərləri, çirkli kassalar və qumarxanalardan istifadə edildiyi kimi, rəqəmsal məkanda bu funksiyanı “darknet” yerinə yetirir. Məhz burada dövlətdən, banklardan, şirkətlərdən oğurlanan məlumatlar — bank kartları, şəxsi datalar və hətta prezidentlərdən tutmuş sadə vətəndaşlara qədər telefon nömrələrinin alqı-satqısı həyata keçirilir.

Ekspertin sözlərinə görə, bu seqmentdə fəaliyyət göstərən xakerlər yüksək texniki biliklərə malikdir və onların məqsədi adi deyil, daha mürəkkəb, hədəfli cinayət əməliyyatlarıdır. Bu əməliyyatlar anonim şəbəkələr, xüsusi brauzerlər və kriptovalyutalar vasitəsilə həyata keçirildiyi üçün iz buraxmır.

Osman Gündüz əlavə edib ki, hazırda dünyada “darknet” cinayətlərinin aşkar edilməsi sahəsində real təcrübəyə malik ölkələrin sayı azdır və bu, yalnız ən müasir texnologiyalar və xüsusi resurslar vasitəsilə mümkündür. Məhz bu baxımdan, DTX-in Azərbaycanda bu səviyyədə bir cinayətkar qrupu ifşa etməsi yüksək qiymətləndirilməlidir.

O bildirib ki, məlumata əsasən, DTX ilk dəfə olaraq “darknet” üzərindən fəaliyyət göstərən bir qrupun izinə düşərək onu zərərsizləşdirib. Həmin qrup kritik infrastrukturlara hücumlar təşkil edib və çoxsaylı şəxsi məlumatları saxta saytlar, zərərli tətbiqlər, spoofing zənglər və phishing texnologiyaları vasitəsilə ələ keçirməyə çalışıb.

Gündüzün fikrincə, belə bir qrupun aşkar olunması təsadüf və ya sadə şikayət nəticəsində mümkün deyil. 

“"Darknet"də təsadüflər olmur,” – deyə o qeyd edib və əlavə edib ki, bu əməliyyat DTX-in son illər kibertəhlükəsizlik sahəsində əldə etdiyi səlahiyyət və imkanların nəticəsidir.

Ekspert hesab edir ki, DTX artıq “görünməyən internet”ə də müdaxilə edə biləcək potensiala sahibdir: “Bu əməliyyat göstərir ki, qurum kifayət qədər güclü texniki və insan resursları formalaşdırıb. Hətta beynəlxalq əməkdaşlığın da bu prosesdə istisna edilmədiyini düşünürəm”.

O qeyd edib ki, DTX bu əməliyyatla sübut etdi: artıq “darknet”də baş verən, xüsusilə də dövlət qurumları və vətəndaşlarla bağlı dataların alqı-satqısı nəzarətsiz qalmayacaq.

AİF rəhbəri sonda daha bir vacib məqama – həbs edilən əsas fiqur Nihad Hacıyevin texniki və texnoloji hazırlıq səviyyəsinə toxunub.

“Onun bacarıqları cinayətə deyil, dövlətin kibermüdafiəsinə yönəldilsəydi, daha faydalı olardı. Bəlkə də belə gənclər üçün alternativ cəza və reabilitasiya mexanizmləri nəzərdən keçirilməlidir. Əks halda, biz ‘mühafizəçi’ni ‘hücumçu’ kimi itirəcəyik,” – deyə ekspert vurğulayıb.

Osman Gündüzün fikrincə, rəqəmsal təhdidlər hər gün artır, lakin onlara qarşı mübarizə apara biləcək texniki hazırlıqlı kadrların sayı azdır. Belə əməliyyatlar həm cinayətkarların, həm də cəmiyyətin bu reallığı dərk etməsinə xidmət edir.

Rasim Əliyev
AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 İyul 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see251

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see228

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see226

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see223

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see192

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see182

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see169

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see169

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see163

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see162

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see162

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see161

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see155

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see155

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see154

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see152

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see149

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see146

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see141

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri