Icma.az
close
up
RU
DTX nin həbs etdiyi azərbaycanlılar haqda vacib detallar bilindi 4 məqam

DTX nin həbs etdiyi azərbaycanlılar haqda vacib detallar bilindi 4 məqam

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya-Ukrayna müharibəsində iştirak etmiş 4 Azərbaycan vətəndaşını həbs edilməsi yenidən muzdlu döyüşçülər mövzusunu gündəmə gətirib. Daha əvvəl də azərbaycanlıların Suriya və digər Yaxın Şərq ölkələrindəki müharibələrə qoşulduğu və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bu istiqamətdə əməliyyatlar apardığı məlum idi. Həmin hallarda döyüşə gedən şəxslər bunu əsasən “din yolunda missiya” kimi təqdim edirdilər. Rusiya-Ukrayna müharibəsində iştirak isə ideoloji və dini çağırışlardan uzaq, mahiyyət etibarilə tamamilə fərqli bir kontekst daşıyır.

Müsəlman ölkələrindəki müharibələr “ideoloji-dini motiv” kimi təqdim olunurdusa, Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlıların motivasiyası nədir? Belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan qanunvericiliyində necə tənzimlənir? Xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi necə təmin edilir?

Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, burada motivasiya fərqli olsa da, nəticə eynidir:

“Yəni söhbət xarici silahlı münaqişədə iştirak və dövlət üçün təhlükədən gedir. Düzdür, Suriyada, İraqda və digər Yaxın Şərq müharibələrində iştirak edən azərbaycanlılar öz fəaliyyətlərini adətən “cihad”, “din yolunda missiya”, “məzlum müsəlmanları qoruma” kimi təqdim edirdilər. Həm də bu narrativ iki məqsədə xidmət edirdi. Birincisi, fərdi vicdanı və ətrafı sakitləşdirmək, özünə təskinlik verməkdən ibarət idi. Digəri isə radikal qrupların ideoloji manipulyasiyasını legitimləşdirmək olub. Bu da cəmiyyətin həssas dini təbəqələri arasında çox yayğındır. Məsələn, onlar dini savadı olmayan, amma qeyri-qanuni dini təbliğatlar həyata keçirən bir qrup insanlardan eşitdiklərindən təsirlənir və nəticədə yanlış qərarlar verirlər. Bu da dünyanın bir çox yerlərində mövcuddur. Belə hallar çox zaman ictimai kataklizmə gətirib çıxarır”.

Elnur Ənvəroğlu

Siyasi şərhçi qeyd edib ki, Rusiya-Ukrayna müharibəsində iştiraka maraq yaradan əsas amil maddiyyatdır:

“Bu adamlar yüngül, asan şəkildə pul qazanmağın yollarını axtaran bir qrupdur, amma qarşıda onları nəyin gözlədiyini bilmirlər. Məsələn,  hərbi biliyi olmayan belə şəxslər müharibənin nə dərəcədə amansız və ölümün şiddətli olduğunu öncədən hiss etmirlər. Buna görə də onlar əsas meyar olaraq pul və maddi maraqları ön planda saxlayaraq özlərini oda atırlar. Bu qruplar içərisində sosial marjinallaşmaya məruz qalanlar da yer alır, hansı ki, onları ailələri, yaxınları alçaldır və nəticədə özlərini qəhrəman kimi tərənnüm etmək üçün belə yollara baş vururlar. Digər bir səbəb bəzi insanlarda postsovet refleksi və yanlış loyallıqdır. Yaxud bəziləri düşünürlər ki, Rusiya aqressordur və Ukraynanın azadlığı onun üçün haqq savaşıdır. Ən az faiz macəra axtaran qruplara düşür. Onlar cəmiyyətdə normal fəaliyyət tapa bilmədikləri və dünyanı yalnız bu cür üsullarla kəşf etmək istədikləri üçün bu cür yollara baş vururlar. Yəni məqsədlər fərqlidir, amma sonda əməl birmənalı cinayət məsuliyyəti daşıyır. Vətəndaşın borcu birinci növbədə öz sağlamlığı və təhlükəsizliyini qorumaqdır”.

Hüquqşünas Ellada Bayramova bildirib ki, xarici silahlı münaqişələrdə iştirak Azərbaycan qanunvericiliyinə əsasən bir sıra hallarda cinayət məsuliyyəti yarada bilər:

“Bunlara Azərbaycanın razılığı olmadan xarici dövlətin silahlı qüvvələrinə qoşulma, qeyri-qanuni silahlı birləşmələrdə iştirak, eləcə də terrorçu və ya ekstremist qruplarla əlaqə daxildir. Cinayət Məcəlləsinin müvafiq maddələrinə görə, vətəndaşın xarici ölkədə silahlı əməliyyatlarda iştirakı hərbi xidmət qanunvericiliyinin pozulması, qanunsuz silahlı birləşmələrdə iştirak və ya terrorçu fəaliyyətə dəstək kimi qiymətləndirilə bilər. Bu hallarda şəxs cinayət məsuliyyətinə cəlb olunur, barəsində həbs və məhkəmə tədbirlərinin tətbiqi mümkündür”.

Ellada Bayramova

Hüquqşünas əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə görə, dövlətlər digər dövlətlərin daxili işlərinə müdaxilə etməməlidir:

“Silahlı münaqişələrdə iştirak yalnız rəsmi dövlət ordularının tərkibində və ya beynəlxalq mandat əsasında mümkün sayılır. Könüllü şəkildə döyüş əməliyyatlarında iştirak beynəlxalq hüquqda tam şəkildə normallaşdırılmadığından, bu məsələdə əsas məsuliyyət milli qanunvericiliklə müəyyən edilir. Beynəlxalq hüquq baxımından rəsmi dövlət ordusuna qoşulma legitim hesab edilsə də, terrorçu və ya qeyri-dövlət silahlı birləşmələrinə qoşulma həm milli, həm də beynəlxalq hüquqla qadağandır. Azərbaycanın hüquq-mühafizə orqanları xaricdə döyüş əməliyyatlarında iştirak etmiş vətəndaşları sorğu-sual etməyə, həbs etməyə və məhkəməyə çıxarmağa səlahiyyətlidir. Bu proseslər milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun şəkildə həyata keçirilir. Cinayət əməlinin xarici dövlətdə törədilməsi isə beynəlxalq hüquqi əməkdaşlıq və məlumat mübadiləsi mexanizmləri vasitəsilə tənzimlənir”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Fevral 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri