Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

DTX nin həbs etdiyi şəxslərdən zərər görənlər danışdı

DTX nin həbs etdiyi şəxslərdən zərər görənlər danışdı

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

DTX tərəfindən istintaqı aparılan kibercinayətkarlıq etməklə dövlət və ictimai xadimlərin adından müraciətlər hazırlamaqda ittiham olunan Rafiq Zöhrabov və Sərdar Niftəliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri ilə davam etdirilib.

Cinayət işində zərərçəkən kimi tanınan Ülkər Xəlilova sərbəst ifadəsi zamanı təqsirləndirilənləri votsap qruplarından tanıdığını deyib: "Mənə dedilər ki, yeni layihəmiz var, yaxşı qazanc əldə etmək mümkündür. Məhsulları alırsan, sonra geri qaytarma edəndə qazanc əldə edəcəksiz. Mən də razılıq verdim. Məhsulları aldım, geri qaytarma edəndə həqiqətən də gördüm ki, balansıma pul daxil oldu. Daha öncə xırda məbləğləri "m10" vasitəsilə bir neçə dəfə götürə bilsəm də, sonradan məbləğlər hesabda artdıqdan sonra çıxara bilmədim. Bunu onlara deyəndə bildirdilər ki, ikinci mərhələyə keçməlisən ki, blok açılsın. İki dəfə 1400 azn olmaqla onların hesabına 2800 azn  və ayrı-ayrılıqlarda müxtəlif məbləğlər ödəməklə ümumi 4080 azn ödəmişəm, bundan sonra hesabım ümumiyyətlə bloklandı".

Zərərçəkən həmçinin onu da bildirib ki, onunla əlaqə saxlayan şəxslər Böyük Britaniya indeksli nömrə ilə əlaqə saxlayırmışlar.

Təqsirləndirilənlərin vəkilləri müdafiə etdikləri şəxslərin özlərinin də naməlum xakerlər tərəfindən zərər gördüklərini məhkəmənin diqqətinə çatdırıblar.

Digər zərərçəkən Elvar Məmmədzadə ifadəsində qeyd edib ki, o da həmin şəxslərin yaratdığı qrupla sosial şəbəkələr vasitəsilə tanış olub: "Mənimlə ilk dəfə onlar əlaqə saxlayaraq təşkil etdikləri lahiyənin əhəmiyyətini izah etdilər. Ora qoyduğum pulların dəyərindən daha çox məbləğlər geri qaytarılmalıydı. Onlara bir neçə dəfə ayrı-ayrılıqda məbləğlər atdım. Az miqdarda ödənişlər etdilər, böyük məbləğlərə gəlincə, hesab blok olundu. Daha sonra məndən digər mərhələlərə keçmək üçün əlavə vəsait istədilər.

Ümumilikdə 7600 azn köçürüldükdən sonra hesabım birdəfəlik blok oldu. Bunun səbəbini soruşduqda texniki problem olduğunu desələr də, sonra yoxa çıxdılar".

Növbəti zərərçəkən Cəbrayıl Nərimanov sözugedən onlayn maliyyə sistemi ilə "Teleqram" vasitəsilə tanış olduğunu deyib:  “Mən bu günə qədər belə şeylərlə məşğul olmamışam. Video görmüşdüm, bəyənmişdim. Bundan sonra mənə link atıb bu oyun barədə danışdılar. Dedilər k, yatırımlar 2 azn-dən başlayır. Ümümi 5 mərhələdən ibarət olduğunu dedilər. Xırda məbləğlərdən sonra birdən-birə 980 azn ödətdirdilər. Daha sonra 2800 istədilər, bu pul isə məndə olmadı. Ümumilikdə 1480 azn köçürmüşəm onlara".

Növbəti proses mayın 22-nə təyin edilib.

Qeyd edək ki, DTX-nin yaydığı məlumatda bildirilir ki, kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2, 273-2-ci və 178.3.1maddələri ilə cinayət işi başlanılmışdır. Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilmiş, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd olunan cinayət əməllərinin qarşısı alınmışdır. Müəyyənləşdirilmişdir ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilmiş, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılmış, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilmişdir. Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları - 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunmuş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 01 May 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri