DTX nın tutduğu icra başçısının vəziyyəti pisləşdi XƏSTƏXANAYA KÖÇÜRÜLDÜ
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Hazırda həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin səhhətində problem yaranıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Gununsesi.info-ya onun yaxınları deyib.
Məlumata görə, Pentensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Mahir Quliyevin durumu kəskin pisləşdiyindən onu Bakı Sağlamlıq Mərkəzinə köçürüblər.
Hazırda durumun ağır olduğu deyilən icra başçısıın qarın nayihəsində kəskin şişin yarandığı və huşsuz vəziyyətə düşdüyü deyilir.
Onu da xatırladaq ki, Mahir Quliyev həbsdə olarkən ürək əməliyyatı da keçirib.
Xatırladaq ki, Biləsuvarın sabiq icra başçısı 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
O, 11 azadlıqdan məhrum etmə cəzasına məhrum olunmuşdu. Sonradan yuxarı instansiya məhkəməsi onun cəzasını qismən azaldıb.
Baxış sayı:90
Bu xəbər 14 Noyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















