Icma.az
close
up
RU
DTX və XRİTDX məlumat yaydı KONKRET

DTX və XRİTDX məlumat yaydı KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyi, həmçinin kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli qurum olan Dövlət Təhlükəsizliyi Xidmətindən əldə edilmiş məlumata əsasən, müvafiq sahədə normativ hüquqi aktlarla təsbit edilmiş tələblərə riayət edilməsi vəziyyətinin yoxlanılması istiqamətində həyata keçirilmiş tədbirlər, qarşıya çıxan çətinliklər, eləcə də onların aradan qaldırılmasına dair məsələlər aidiyyəti Komissiyanın iclasında müzakirə edilib. Məlumatda Komissiyanın Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən olan üzvlərinin iclasda tam tərkibdə iştirak etdiyi də bildirilib.

KONKRET.az xəbər verir ki, iclas zamanı kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı həyata keçirilmiş ilkin qiymətləndirmələrin nəticələri kollegial formada müzakirəyə çıxarılıb. Həmçinin bildirilib ki, bəzi kritik informasiya infrastrukturlarında aşkar edilmiş bir sıra nöqsanların aradan qaldırılması da təmin edilib. Müzakirələr nəticəsində ölkənin kritik informasiya infrastrukturunun müasir kibertəhdidlərə qarşı dayanıqlığının gücləndirilməsi istiqamətində yeni hədəflər müəyyən edilib. Bununla yanaşı, səlahiyyətli qurum tərəfindən təsdiq olunmuş plan əsasında kritik informasiya infrastrukturu subyektlərində ümumi və xüsusi təhlükəsizlik tələblərinə riayət olunmasına dair Komissiya tərəfindən həyata keçiriləcək yoxlamalarla bağlı məsələlərə baxılıb.

İclasın gündəliyində nəzərdə tutulmuş cari mövzularla yanaşı, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar bir sıra digər məsələlərin də müzakirəsi aparılıb. Beynəlxalq təcrübəyə (NIS-2, CSF 2.0) uyğun olaraq, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi tələblərin təkmilləşdirilməsi, habelə risklər və müasir kibertəhdid modelləri nəzərə alınmaqla, kritik informasiya infrastrukturu obyektlərinin siyahısının daim yenilənməsi milli maraqların təmin olunması baxımından vacib hesab edilib. Göstərilənlər nəzərə alınaraq, kritik informasiya infrastrukturu obyektlərinin siyahısında əlavə və dəyişikliklərin edilməsi ilə bağlı layihə təklifinin aidiyyəti üzrə təqdim edilməsi, habelə ölkədə xüsusi əhəmiyyətli sənaye idarəetmə sistemlərinin (SCADA) diqqətdə saxlanılması və siyahısının təkmilləşdirilməsinin zəruri olduğu bildirilib. Bununla yanaşı, kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə xüsusi tələblərə riayət olunmasına nəzarətin gücləndirilməsi də müzakirə edilib.

Müzakirələr zamanı, kritik informasiya infrastrukturunda təhlükəsizlik risklərinin müntəzəm olaraq müəyyən edilməsi və qiymətləndirilməsi, həmçinin bu risklərin maliyyə yükünün hesablanaraq idarəetmədə nəzərə alınmasının ciddi aktuallıq kəsb etdiyi vurğulanıb. Habelə, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyi ilə əlaqədar kibertəhlükəsizlik xidməti provayderinə dair tələblərə uyğun olmayan hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərdən asılılığın aradan qaldırılmasının vacibliyi qeyd olunub.

Komissiyanın iclasında, Milli kibermərkəzin aidiyyəti subyektlərlə kriptoqrafik mühafizə vasitəsindən istifadə etməklə məlumat mübadiləsi apardığı bildirilib və bu təcrübənin sahə üzrə standartlar nəzərə alınmaqla daha da təkmilləşdirilməsinin əhəmiyyəti qeyd edilib.

Məlumat üçün qeyd edək ki, sözügedən Komissiya, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair tələblərə riayət olunması vəziyyətinin yoxlanılmasının təşkili ilə yanaşı, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün kritik informasiya infrastrukturu subyektləri tərəfindən həyata keçirilən tədbirlərin qiymətləndirilməsi, görülmüş işlərin nəticələrinə dair dövri hesabat və məlumatların hazırlanması, habelə kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən ciddi nöqsanlar aşkar edildikdə və ya təhlükəsizlik üzrə kritik hal baş verdikdə, təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə müvafiq qaydada məsələnin qaldırılmasına məsuldur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Sentyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri